Miqrenin qarşısını almağın YOLLARI
05:35 14.09.2020
Arxiv
507
Miqren insanlıq tarixi boyunca mövcud olan sağlamlıq problemlərindən biridir. Miqren hər toplumda, hər yerdə, hər yaşda yaranan narahatlıqdır. Miqrenə daha çox qadınlarda rast gəlinir. Aparılan araşdırmalara görə, hər beş qadından, hər on kişidən birində miqren var.
e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan nevroloq, professor Sabahattin Saip yerli mediaya açıqlamasında deyib.
Miqrenin tutmalarla müşahidə edilən bir narahatlıq olduğunu deyən mütəxəssis tutmaların bəzi ətraf mühit amilləri və qidalardan qaynaqlandığını açıqlayıb. Ona görə də miqren xəstələri daha çox təsir edəici amillərdən uzaq olmalı, nizamlı həyat tərzi keçirməli, vaxtında qidalanmalı, yemək vaxtlarını təxirə salmamalı, yuxusuz qalmamalıdırlar. Eyni zamanda artıq stresə düşməmək, təsir edici qidalardan imtina etmək əsas şərtlərdən biridir.
Miqrenin dəqiq yaranma səbəbi bu günə kimi dəqiq məlum deyil. Amma ümumi olaraq genetik faktor, ətraf amillər və daxili anlıq dəyişikliklərə qarşı refleks olaraq ortaya çıxdığı qəbul olunur.
Miqrenin müalicəsi barədə danışan professor deyib ki, artıq bununla bağlı yeni dərmanlar dövriyyəyə girməkdədir. Hazırda əsas məsələ uyğun zamanda miqrendən əziyyət çəkən şəxsə fərdi olaraq dərman təyin olunmasıdır. Onun sözlərinə görə, miqrenin müalicəsində cərrahi və akupunktur müalicə metodlarına yer yoxdur. Miqren sadəcə, dərmanlar və bununla nizamlı yanaşı düzgün həyat tərzi ilə nizamlana bilər. Dərman müalicəsi təkbaşına çıxış yolu deyil. Həkim bildirib ki, özbaşına dəman qəbulu ilkin olaraq ağrıları aradan qaldırsa da, sonradan fəsadlar yarada bilər. Ayda 5-6 ədəddən çox ağrıkəsici qəbul olunmamalıdır. Belə hallar olarsa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region