Mosul bir ay ərzində azad ediləcək




İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşdən sonra İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.

İraq xarici işlər naziri İraqın İŞİD terrorçularından tam azad ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.
Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənib.