Müasir cizgi filmləri uşaqlar üçün zərərlidir
15:23 01.04.2017
Arxiv
1542
Nənə yox, baba yox, saatlarla televizorun, kompyuterin qarşısında oturan uşaqların gələcəyi çox aqressiv olacaq
Uşaqlar bilavasitə cizgi filmdən həyatı öyrənirlər. Onların nitqinin inkişafında cizgi filmlərinin xüsusi rolu olduğu hər birimizə məlumdur. Lakin buna sadəcə animasiya, rəngli qəhrəmanlar kimi baxmaq lazım deyil. Bəzi valideynlər uşağın sakitliyini təmin etmək üçün onu saatlarla televizorun, kompyuterin önündə qoyur. Ekranlarda zorakılıq məzmununa malik cizgi filmlərinin nümayişi uşaq psixologiyasına mənfi təsir göstərsə də, bunu ciddi qəbul etməyənlər mövcuddur.
Bu günlərdə "YouTube”da məşhur cizgi film obrazlarının iştirakı ilə qorxulu və təhlükəli videolar yayılıb. "BBC Trending” bu tip videoları taparaq araşdırmağa başlayıb. "Peppa Peg” adlı çizgi filmdə Peppanın dişləri iynə ilə çəkilir, ağrıdan ağlayan bir səs eşidilir.
Bundan başqa yüzlərlə videoda cizgi film qəhrəmanlarının parodiyası və qorxulu anları təsvir edilib. Məsələn, "Youtube”dakı məşhur uşaq kanallarından birinin fotosunda animasiya qəhrəmanları göstərilsə də, həmin kanala daxil olanda "Qanlı Elza”, "Hörümçək adam Elzanın qolunu sındırdı”, "Çılpaq Hulk şalvarını itirdi” kimi videoları görmək mümkündür. Bəzi videolar silinsə də, mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
"YouTube” rəsmiləri isə açıqlama verərək şikayətləri ciddiyə alacaqlarını bildiriblər: "Problemli videolarla bağlı bizi xəbərdar edənləri diqqətə alırıq və bir videonu şikayət etməni asanlaşdırırıq. Şikayət edilən videolar analiz edilir və uyğun deyilsə, silinir. Valideynlərə məsləhət görürük ki, "YouTubeKids” proqramından istifadə etsinlər”.
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı telefondan rahat danışa bilmək və televizorda istədiyi proqrama baxa bilmək üçün uşağa telefon verib ona saatlarla cizgi film izlədən valideynlərin olduğunu təsdiqlədi. Sosioloqun sözlərinə görə, ailələr kiçilib, fərdlər azaldıqca uşaqlarla ünsiyyət məsələsi məhdudlaşır:
"Ata, ana işləməli, ailənin güzəranı üçün pul qazanmalıdır. Nənə-babaya ehtiyac var, amma bir çox ailə nənə-babadan ayrı yaşayır. Əvvəllər ailələr geniş idi. Hər ailədə nənə-baba, bibi-əmi vardı. Hərə uşaqla 1 saat vaxt keçirəndə həm uşağın günü məhsuldar keçirdi, həm də ata-ana rahatlıqla işə gedib-gələ bilirdi. Təbii ki, öz rahatlığı üçün uşağa bir telefon verib saatlarla cizgi filmi izlədən valideynləri istisna edirəm.
Əslində mənim də yaralı yerimdir bu məsələ. Çünki evdə körpə uşağım var və mən yazımı yazanda, kompyuterdə işləyəndə onun başını qatan, oyunlar oynayan heç kim olmur. Məcburən ona sevdiyi cizgi filmlərini qoyuram, izləyir. Amma təbii ki, müəyyən vaxt çərçivəsində və özümüzün təyin etdiyi cizgi filmlərini izləmək şərti ilə. Müasir cizgi filmlərinin əksəriyyəti subliminal mesajla zəngin olduğu üçün uşaqlara müasir cizgi filmləri izlətmirik. Sovet dövründə çəkilmiş minlərlə cizgi filmləri var ki, uşaqlar üçün maarifləndirici və zərərsizdir. Uşaqların oynaya biləcəyi, təfəkkür açan, zehni qüvvətləndirən oyunlar almaq lazımdır. Bir uşaq yalnız avtomat, tapança, oyuncaq maşınla oynamamalıdır. Marağını çəkən oyun konstruksiyaları olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol