Müəllimlərin “onu al, bunu al” tələbindən yorulan valideynlər... - ETİRAZ
14:56 19.09.2018
Arxiv
690
Dərslər başlayalı heç 3 gün deyil, valideyn şikayətlərinin ardı- arası kəsilmir. Xüsusən də
müəllimlərin "onu al, bunu al" tələbindən yorulan birici sinif şagirdlərinin valideynləri iddia edir ki, dərslikləri Təhsil Nazirliyi ödənişsiz versə də, onlardan hər fənn üzrə ayrıca hüsnüxətt dəftərləri istənilib.
Müəllimlərin tələb etdikləri bu dəftərlərin qiyməti isə az qala bir kitab dəyərindədir. Ən azı 3 AZN məbləğində olan bu hüsnüxəttlər isə birinci yarım il üzrə nəzərdə tutulub. Bu isə o deməkdir ki, valideynlər ikinci yarımildə də eyni xərci çəkməli olacaqlar. Hüsnüxəttlərin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, məktəbə gedib - gələn körpə fidanlar da bu ağırlığı çiyinlərində qaldırmaq məcburiyyətində qalırlar. Çantalar həddindən artıq ağır olduğu üçün də əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur.
Valideynlərin narazılığını "Şərq”ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ibtidai siniflər üçün tələb olunan əlavə vəsaitlər bir növ dərsliklər üçün, açar, izah, məşq xarakteri daşıyır.
O deyib ki, ibtidai sinif şagirdləri bütün fənlərlə ilk dəfə qarşılaşdıqları və dərsliklərin az öyrədicilik qabiliyyətinə görə müəllimlər onlara mövzunu daha yaxşı mənimsətmək, izah etmək üçün əlavə resurslara ehtiyac duyur:
"Apardığımız araşdırmalar göstərdi ki, ibtidai siniflərdə şagirdlər tərəfindən riyaziyyat fənni hər bir uşaq üçün çətin fənn kimi qəbul edilir.
Məkətbli ləvazimatları satışı məntəqələrinə baxanda görürük ki, müxtəlif müəlliflər tərəfindən çoxsaylı tədris vəsaitləri yazılıb, nəşr olunmaqdadır. Lakin yenə də bu nəşrlər azlıq təşkil edir. Bundan başqa bir çox materiallar keyfiyətli deyil və orta məktəbin tələb və standartlarına cavab vermir. Təsəvvür edin ki, Rusiyada bir fənn üzrə yüzlərlə əlavə tədris vəsaiti olduğu halda, Azərbaycan dilində çox çətinliklə ibtidai siniflər üçün çox kiçik həcmdə tədris vəsaitləri tapmaq olur. Olanların da əksəriyyəti müəllifin şəxsi təxəyyülünün məhsuludur və şagirdlərin yaş xüsusiyyətinə uyğun deyil”.
İbtidai siniflər üçün əlavə oxu və çalışma materiallarının olmasını qaçılmaz hesab edən ekspert deyib ki, ibtidai sinif dərsliklərində sadəcə olaraq çoxsaylı çalışmalara yer çatmadığından, əlavə material kimi satışda olan əlavə oxu və çalışma materiallarından istifadə edirlər:
"Ona görə də bu tədris vəsaitlərində dərsliklərdə olduğu kimi eyni başlıqlar verilir. Yəni hansı mövzuda hansı tapşırıqları işləmək lazımdır. İbtidai siniflərin şaqları riyaziyyat fənni üzrə konkret və vacib məzmun üzrə tapşırıqları yerinə yetirdikcə, müəyyən bir prinsiplə riyaziyyat elminə yiyələnirlər. Amma onları tətbiq etmək üçün, onları mənimsəmək üçün dərslikldə tapşırıq azdır.
Satışda olan materialların çoxu tələb olunan standartlara uyğun deyil. ibtidai siniflər üzrə əlavə oxu və çalışma materialın məzmunu elmi əsaslarla, sistemli şəkildə, düzgün ardıcıllıqla, varislik gözlənilməklə tərtib olunmalıdır; tapşırıqlar sadədən mürəkkəbə, asandan çətinə doğru düzülməlidir. Tapşırıqlar inkişafetdirici, düşündürücü, əyani, praktik, həyatla əlaqəli, diferensasiyalı olmaqla, şagirdlərdə şüurlu mənimsəməyə, mühakimə aparmaq bacarığını inkişaf etdirməyə, fəallığı artırmağa, səmərəli yollar axtarmağa, biliyi dərinləşdirməyə xidmət etməlidir”.
Bununla belə K. Əsədov hesab edir ki, satılan əlavə oxu materialalrının qiyməti baha olmamalı, kommersiya – qazanc məqsədi güdməməlidir:
"Onu almaq imkanı hər bir valideyində olmaldır ki, yekunda sinifdə sosial ədalət prinsipi pozulmasın. Ona görə də, aidiyyatı qurumlar tərəfindən çap olunan ləvazimatların qiymətlərinə və keyfiyyətinə nəzarət olunmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət