"Münaqişənin həllindən qaçmaq mümkünsüz görünür" - Düşmən çətində

Tahir Mirkişili:"“Ermənistanın və onun havadarlarının da arqumentləri həm zəif, həm də əsassızdır"



"Azərbaycanın siyasi və hərbi mövqeləri getdikcə daha da güclənir”.

Bu barədə "Sherg.az”a Azərbaycan xarici işlər naziri Elman Məmmədyarovun Moskva səfərindən öncə səsləndirdiyi "Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın” açıqlamasına münasibət bildirərkən millət vəkili Tahir Mirkişili bildirib. 

Deputat vurğulayıb ki, münaqişənin həllindən qaçmaq getdikcə daha da mümkünsüz görünür:

"Ermənistanın və onun havadarlarının da arqumentləri həm zəif, həm də əsassızdır. Bu baxımdan Azərbaycanın münaqişənin həllini tələb etməsi üçün bütün imkanları mövcuddur. Bölgədə ədalət bərpa olunmalıdır, regiona sülh gəlməlidir”.

Qeyd edək ki, XİN rəhbəri bu gün axşam Moskvaya yola düşəcək. Sabah isə həmsədrlərlə görüş olacaq. Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə noyabrın 19-20-də Bakıda səfərdə olacaq.

Aysel Aslan