Mütəxəssis deyil, görücü deyil, şarlatandır!
Mütəxəssis deyil, görücü deyil, şarlatandır!
Yusif Nəzərli
05:20 10.02.2023
Arxiv
3305
“Zəlzələni öncədən bildim” dedi, alimlər üsyan etdilər
Yalnız Türkiyənin deyil, bütün dünyanın sarsıldığı dəhşətli zəlzələdən sonra özünü alim elan edənlərin sayı da artmağa başlayıb. Özünü “zəlzələ üzrə məşhur mütəxəssis”, “zəlzələ kahini” adlandıran niderlandlı “astroloq” Frank Hoogerbeets açıqlamlarıyla gündəmə gəlib. Türkiyədə zəlzələ olacağı ilə bağlı öncədən guya ki, xəbərdarlıq edən, zəlzələnin nə vaxt, harada baş verəcəyini təxmin etdiyi iddiasında olaraq tviterdə paylaşımlar edən “astroloq”a bəziləri inansa da, onun əslində nə alim, nə də astroloq olduğu aydınlaşıb.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, qardaş ölkənin elm adamları Frank Hoogerbeets və onun paylaşımları haqqında danışıb. “Milliyet.com.tr” xatırladır ki, fevralın 3-də F.Hoogerbeets tvit ataraq “gec və ya tez bu bölgədə (Türkiyənn cənub, orta bölgəsi, İordaniya, Suriya, Livan) 7.5 bal gücündə zəlzələ olacaq” yazıb, bir video da paylaşıb. “Astroloq” Ay planeti geometriyasının gələcək günlərdə güclü bir seysmik aktivliyə səbəb ola biləcəyini iddia edərək bunları yazıb: “8 fevralda 6 ballıq zəlzələ olacağı gözlənilir. 10 fevralda da seysmik dalğalar gözlənilir. Fevralın 13-ü, 14-ü isə daha kritik vəziyyət yarana bilər”. “Astroloq” iddia edir ki, zəlzələlərin baş verəcəyini planetlərin düzülüşüylə təxmin edə bilir. Mütəxəssislərsə bu fikirdədir ki, bu cür açıqlamalar, proqnozlar zəlzələdən zərər çəkmiş, ailələri, doğmaları gözləri önündə məhv olmuş insanlar, həmçinin həssas psixologiyaya malik olanlar üçün qorxuncdur. Bu cür açıqlamalar insanlarda yersiz təşviş, qorxu, panika yaradır. Gazi Universitetinin yardımçı müəllimi, professor Süleyman Pampal qeyd edib ki, indiyədək zəlzələlər haqqında yalnız bircə dəfə düzgün proqnoz verilib.
Bu da 1976-cı ildə Çində olub. Çin alimləri 1976-cı il Haicheng zəlzələsinin baş verəcəyini əvvəlcədən biliblər. Alimlər uzun illər bölgədə havanın ion elektrik yükünü, qayaların gərilməsini, qarlı havada ilanların yuvalarından çıxaraq qarın üzərində ölmələri kimi əlamələri dəyərləndirərək zəlzələ olacağını təxmin ediblər. Yaşayış məskənləri boşaldılıb, lakin 8 ay sonra yaxın bir bölgədə baş verən zəlzələni təxmin edə bilməyiblər. Bunları nəzərə alaraq “buluda baxdım, planetlərin düzülüşünü gördüm” deyib zəlzələnin təxmin ediləcəyinə inanmaq ağılsızlıqdır.
Alimlər zatən zəlzələ ola bilər xəbərdarlığı edir. Bunu yerin quruluşu, harada çatlar əmələ gəldiyinə, relyefdə baş verən dəyişikliklərə, seysmik cihazların göstəricilərinə görə təyin edirlər. Amma heç bir alim, heç bir texnika zəlzələnin nə zaman, harada və hansı bal gücündə baş verəcəyini dəqiq söyləyə bilməz. Bu cür əsassız məlumatlar yaymaqla insanları narahat edir, əndişə verirlər. Xalq bu cür şarlatanlara deyil, elmə inanmalıdır. Alim qeyd edib ki, Türkiyənin Pazarcık seqmenti üzərində 480 ildir güclü zəlzələ baş vermədiyindən həmin bölgədə seysmik boşluq əmələ gəldiyini və qarşıdakı illərdə zəlzələnin baş verəcəyi ehtimalının yüksək olduğu dəfələrlə ifadə edilib. Lakin yenə də dəqiq zaman və məkan haqqında məlumat əldə etmək mümkün deyil. Bunu kimsə iddia edə bilməz.
Qara dəniz Texniki Universitetinin geologiya mühəndisliyi bölümünün professoru Osman Bektaş da rəsmi məlumatlardan savayı insanların başqa mənbələrə etibar etməməsini diləyib: “Kimliyi, harada elmə sahibləndiyi bilinməyən insanların dediklərinə inanmaq lazım deyil. Zəlzələ kimi təbii fəlakətlər zamanı yanlış məlumatlar cəmiyyətdə xaos yarada bilir.
Bu səbəbdən də yalnız elm adamlarının dediklərinə, rəsmi məlumatlara istinad edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol