Amerikalı bir qızla tanışlığımız vardı, o deyirdi ki, azərbaycanlıların uşaq sevən millət olduğunu müşahidə etdim, lakin uşaqlar üçün mərkəzləriniz azdır
Muzeylərə giriş pulsuzdur
Amma deyəsən, ziyarətçilərin sayı artmayıb
Amerikalı bir qızla tanışlığımız vardı, o deyirdi ki, azərbaycanlıların uşaq sevən millət olduğunu müşahidə etdim, lakin uşaqlar üçün mərkəzləriniz azdır
Amerikalı bir qızla tanışlığımız vardı, o deyirdi ki, azərbaycanlıların uşaq sevən millət olduğunu müşahidə etdim, lakin uşaqlar üçün mərkəzləriniz azdır
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "Açıq qapı” günü elan edir.
"Açıq qapı” günü İçərişəhərdə yerləşən muzeylər ödənişsiz fəaliyyət göstərəcək.
"Açıq qapı" çərçivəsində ziyarətçilər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev muzeyi, Bəylər məscidi, həmçinin "Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə tanış ola biləcəklər.
Qeyd edək ki, "Məktəblilər üçün muzey həftəsi” çərçivəsində paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, ekskursiyalar 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılır. "Məktəblilər üçün muzey həftəsi”nin təşkil olunmasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir. "Muzeylər və Nəsimi irsi” proqramı üzrə məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" və "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəyovun ev muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, "Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylər daxil olmaqla ümumilikdə 28 muzeyə səfərlər edirlər. Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar. Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.
«Gənc vətəndaş» Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova «Şərq»ə açıqlamasında muzeylərdə «Açıq qapı» gününün keçirilməsinin müsbət təcrübə olduğunu dedi:
- Sadəcə, maraqlı olan budur ki, muzeylərə giriş pulsuz olduğu günlərdə ora nə qədər ziyarətçi gedir? Belə bir statistika aparılsa, çox yaxşı olar. Bilinər ki, muzeylərə giriş sərbəst, pulsuz olduğu vaxtlarda ziyarətçilərin sayı artır, ya yox. Azərbaycan cəmiyyətində muzeylərə marağın o qədər də böyük olmadığı məlumdur.
Məsələn, xarici ölkələrə səfərlərimiz zamanı biz bunu müşahidə edirik. Kimlərsə kitablardan oxuduqları, efirdə izlədikləri və ya haqqında eşitdiyi yerləri gözlə görmək istəyir və muzeyə, tarixi yerlərə ekskursiya etmək istəyir, amma kimlərsə də, yalnız şopinq təlaşında olur. Məsələn, mənim xarici ölkəyə ilk səfərim Fransaya olmuşdu və mənim üçün bu ölkənin haqqında oxuduğum, eşitdiyim tarixi yerləri, abidələri ziyarət etmək əsas idi. Amma hamı belə deyil. Muzeylərə girişin pulsuz olması ilk növbədə uşaqlar, tələbələr, təhsil müəssisələri üçün əla fürsətdir. Bizdə uşaq mərkəzləri də çox azdır, uşaq kitabxanaları da.
Əyləncə mərkəzləri çox bahadır və hər kəs övladını ora apara bilmir. Məktəbdən də şagirdləri çox nadir hallarda muzeylərə aparırlar. 2 övladım var, biri 9-cu sinifdə təhsil alır, biri 5-ci sinfə keçib. 9-cu sinif şagirdi olan qızım bu illər ərzində məktəb tərəfindən cəmi 2 dəfə muzeyə aparılıb. Oğlum isə, ümumiyyətlə, heç aparılmayıb. Valideynin övladını muzeyə, hansısa əyləncə mərkəzinə aparması bir başqa, məktəb tərəfindən şagirdlərin asudə vaxtını səmərəli təşkil etməsi, kollektiv surətdə ekskursiyalara aparılması bir başqadır. Amerikalı bir qızla tanışlığımız vardı, o deyirdi ki, azərbaycanlıların uşaq sevən millət olduğunu müşahidə etdim, lakin uşaqlar üçün mərkəzləriniz azdır. Uşaqları bu qədər sevirsinizsə, niyə onlar üçün lazım olan şəraiti yaratmırsınız?
G.Səfərova muzeylərə «Açıq qapı» günləri praktikasının dünyanın hər yerində mövcud olduğunu bildirdi:
- Dünya ölkələrində muzeylərə maraq yaradacaq və daha çox ziyarətçinin təmin edilməsini şərtləndirən başqa üsullar da var. Məsələn, Avropa ölkələrində tələbələr xüsusi kartlar alır və bu kartlar vasitəsilə istədikləri vaxt muzeylərə gedə bilirlər. Bu kartlar ucuz olur və tələbələr onlardan səmərəli istifadə edirlər. Nəticədə tələbənin dünyagörüşü artır, mədəni səviyyəsi yüksəlir. Muzeylərə gedişləri də ənənəyə çevirmək lazımdır, kitab mütaliəsi kimi. Valideynlər də gərək övladlarını muzeylərə aparsınlar, uşaqlarına kitab oxusunlar ki, onlarda maraq oyansın. Yoxsa ildə bir dəfə muzeyə aparmaqla biz uşaqlarda maraq oyada bilmərik.
Məlahət Rzayeva