"Nəinki ikinci Səməd Vurğun, heç ikinci Bəxtiyar da yoxdur" - Müsahibə





Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə Sherg.az -a müsahibə verib. Parlament üzvü ilə cəmiyyəti narahat edən mövzular ətrafında müzakirələr apardıq.

-Araz müəllim , son illər Azərbaycanda sanki ziyalı qıtlığı yaranıb. İddialarımızda haqlıyıqmı, yoxsa yanılırıq?


Deputat sualımıza sualla cavab verir

- Bala, birinci sən hələ de, görüm ziyalı insan necə olmalıdır? Kimdir ziyalı?

- Əlbəttə, hər diplomlu, hətta bütün elmi dərəcələri qazanmış insanlara ziyalı deyə bilmərik. Ziyalı insan cəmiyyətin haqq sözünü dilə gətirən, cəmiyyəti istənilən psixoloji gərginlikdən xilas edən, sosial bərabərlik tələb edə bilən, insanları yanlış tendensiyalardan çəkindirən, ictimaiyyətin etimadını qazanaraq insanları arxasınca aparmağı bacaran, kifayət qədər sosial bazası olan ictimailəşmiş intellektuallara ziyalı deyilir. Amma bizim televiziya məkanında onlar görünmür. 

- Əhsən, belə jurnalistlərin olmasına sevinirəm. Amma mən yalnız 3 nəfər ziyalı tanıyıram. Ən çoxu 5 nəfərdir. Təəsvvür edin ki, bu 5 nəfər ziyalı səhər, günorta , axşam televiziyada danışırlar. O saat onlara deyəcəklər ki, nəyinsə təbliğatçısıdırlar. Həmin şəxslər də get-gedə cəmiyyətdə nüfuzlarını itirəcəklər.

- Onda belə çıxır ki, telemeydanları elə müğənnilərə verməliyik?

Müğənnilərin də arasında intellektuallar az deyil. Müğənni var ki, ondan nəysə öyrənmək olar. Qızıl həmişə suyun dibində olur, çör -çöp isə üstə.Müğənnidə var ki, onu hec telekanalın qapısnın kənarına buraxmaq olmaz, nəinki efirə. Amma Azərbaycanda təqlidçilik baş alıb gedir. Bu, bizdə çox güclüdür. Gənclər yerli telekanallara baxır və görür ki, bütün kanallarda, bütün saatlarda xörək bişirirlər və bayağı müğənnilər göbək atır. Görürülər ki, həmin göbək atanlar yaxşı da pul qazanırlar. Reklamçılar da buna çoxlu pul verir. Əlbəttə, reklamçılar olmasa, televiziya da ola bilməz. Yəni bazar iqtisadiyyatıdır. Tələbat nəyədirsə, telekanallar da onu göstərir. Cəmiyyətdə ziyalı, ağıllı insan və ya mütəxəsisin sözünə sifariş olsaydı, efirlərə onları çağırardılar. 3 manatlıq, amma 1000 manata satılan ucuz müğənniləri dəvət edirlər. Çünki cəmiyyətin tələbatı bu cürlərinədir. 

- Qeyd etdiniz ki, 3 uzağı 5 ziyalı tanıyırsınız. Yəni 10 milyona yaxın əhalisi olan bir ölkədə 3-5 ziyalının olması heç də ürəkaçan deyil. Bu, çox aşağı rəqəmdir. Yaxşı, niyə ziyalılarımız azdır?

- Bir dəfə Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə dedim ki, sizin təşkilatın nə qədər üzvü var. O da şişirdərək dedi ki, 3 min. Dedim ki, ay Eldəniz Azərbaycanda səndən xoşbəxt adam yoxdur. Soruşdu ki, niyə? Dedim mən 3 nəfər ziyalı tapa bilmirəm, sənin təşkilatında 3 min ziyalı var. (gülür) Azərbaycanda müstəqillikdən sonra türkçülüyü yaydılar. Biz də başladıq türklərdən nümunə götürüb, həyata keçirməyə. Əvvəl bizdə siqaret çəkən qızlar yox idi. Türkiyədə isə az qala bütün qadınlar siqaret çəkir. Türkiyədə olanda mat qaldım. 14 yaşlı qız küçədə anası ilə gedir və anasından "Anne bana bir siqara ver, içim" deyir. Anası da çıxarın "siqara"nı verdi. Mən də dedim ki, ay xanım siz nə edirsiniz? Gərək o siz o siqareti yandırıb qızınızın dilinin üstündə söndürərdiniz ki, uşaq da bunu etməsin. Qayıdıb mənə deyir ki, bütün Avropa bu cür "yapır". A bala, bunun sənə nə dəxli var? İndi bizdə də həmiş şeydi. Biz də bunu türklərdən götürürük. Çayxanalara baxın, hamısı sulu qəlayan çəkir. Restoranlara gedin, orada da oxşar mənzərənin şahidi olacaqsınız. Gənc nəslin zəhərləyirlər. Hər dəfə qəlyanın müşdüyünü dəyişirlər. Amma onun rezin boru dəyişilmir. Nəfəs yolu ilə keçən bütün xəstəliklər orada cəmləşir. Və gənclərimiz xəstəliklərə düçar olurlar.

-Sulu qəlyanlardan söz saldınız. Niyə Milli Məclis bu barədə qərar çıxarmır?

- Parlamentdə dəfələrlə dedim ki, gəlin, sulu qəlyanı tamamilə qadağa edək. Ona görə ki, bu, gənclərin korlanmasına, narkomaniyanın yaranmasına səbəb olur. İranla Rusiya qəlyanlardan istifadəni qadağa etdi. Sonra onlar həmin qəlyanları bizə sırımağa başladılar. Bu da məni narahat edir.

- Azərbaycanda mənəviyyat məhv olub deyirlər. Bir millət vəkili kimi bununla razısınızmı və bu sizi narahat etmirmi?

- Mən bununla tamamilə razıyam. Ən bariz nümunəsi nədir? Əvvəllər Azərbaycanda hansısa bir kənddə istedadlı, gözəl səsə malik bir qız uşağı olurdusa, onun soraqları Bakıya gəlib çatırdı. Üzeyir bəy, Bülbül, Fikrət Əmirov və başqaları həmin o kəndə gedirdilər. O vaxt qızların oxumasına çox pis baxırdılar. Bu səbəbdən də adını çəkdiyim adamlar gedib həmin qızın ailəsini başa salırdılar ki, bu, pis yol deyil. Onlar da bəzən uşaqlarına icazə verirdilər, bəzən isə yox. İndi isə mahnı müsabiqələri var: Böyük ulduz, Kiçik ulduz, Balaca ulduz, Gözəl ulduz, Təzə ulduz, Köhnə ulduz, Yeni ulduz və s . YKənddə oturan motalpapaqlı baba nəvəsinin istedadı var, ya yoxdur, əlindən tutub sürüyüb müsabiqəyə gətirir. Yalan-doğru müsabiqədə iştirak etdirir.  aşlı, cavan demirlər, hamını bu müsabiqələrə salırlar. Onun səsinin olub-olmaması maraq kəsb etmir. Gəlib, yaxşı-pis oxuyurlar. Məqsəd nədir? Onu efirdə görsünlər və heç olmasa, kənddə toya çağırsınlar. Bax, bunun özü də mənəviyyatsızlıqdır.

-200 manatlıq qədim peşə sahiblərinin müğənni adı ilə çıxıb efirlərdən Azərbaycan cəmiyyətinə tövsiyyə verməsi, ictimaiyyətdə haqlı etiraza səbəb olur və qıcıq doğurur. Bu məsələ sizi də ağrıdırmı?

- Sizə ən yaxın zamanlarda baş verən bir hadisəni ərz edim. Saytların birində jurnalist müğənniyə sual verir ki, Araz Əlizadəni tanıtıyırsınızmı? Cavab verir ki, tanıyıram. siyasətçidir. Özüdə səsini satan siyasətçidir. Gülürəm və gülüb özümdən gedirəm ki, kül başına, ay Hitler gör üstünə kim gəlir. Toya gedib, pulnan oxuyan, rəqs edən, onun bunun sifarişini pulla yerinə yetirən adam siyasətdən başı çıxmayaraq parlamentin işindən danışır. Elə bilir ki, parlametdə deputat səs verəndə ona pul verirlər. Bu, insanın heç nədən anlayışı yoxdur.amma danışır. Onun sərsəmləməsini hansısa sayt yayır. Burada günah o istedadsız, kəmsavadda deyil, bu sualı verən jurnalistdədir. Bəzən mən zarafatça jurnalistlərə zurnalist deyəndə savadlı, təmkinli, təhlil yaza bilən , geniş dünya görüşünə malik insanları nəzərdə tutmuram. Kimə gəldi yersiz sual verənləri, yalan yazanları nəzərdə tuturam. 

- Azərbaycanda müzakirə olunan məsələlərdən bir də kitab mağazlarının az olması və yaxud da bəzi yerlərdə heç olmamasıdır. Sizcə, niyə kitabsızlaşırıq?

- Məsələn, Çingiz Abdullayevin dedektivləri hər yerdə satılır. Çünki onun yaradıcılığına təlabat var. İndi bir çoxları kitabı necə çap etdirir? Cızmaqara edir. 100 dollar taqıb onu çap etdirir. 2-3 belə kitab çap etdirdikdən sonra olur AYB-nin üzvü. Bugün AYB üzvünün sayı SSRİ dövründəkindən 2 dəfə artıqdır. Hər yerdə qışqırırlar ki, cəmiyyətdə şairə, yazıçıya yer vermirlər. Axi bir soruşan gərək ki, bir nə yazmısınız ki, insanlar bunu alıb oxusun. Mənə bir yazıçı göstərin ki, "Azərbaycan" poeması kimi poema yaza bilsin, "Vaqif pyesi" kimi pyes yazan ikinci sənətkarımız varmı? İkinci Səməd Vurğun varmı? Heç ikinci Bəxtiyar da yoxdur.

-Azərbaycanın təhsil həyatında irəliləyişlər gözlənilirdi. Amma biz hazırda əksini müşahidə edirik. Sizcə, təhsilimiz bu uğursuzluq girdabından niyə çıxa bilmir?

- Düşünürəm ki, biz sovet ittifaqında olan təhsil sistemini bu gün də fəaliyyət göstərən təkminləşmiş  Bavariya təhsil sistemi idi. Biz onu ləğv etməklə böyük səhvə yol vermişik. Sonra keçdik Boloniya sisteminə, adını da balon sistemi qoyduq. Boloniya şəhər adıdır. Balonun isə içərisinə turşu qoyurlar. Yəni təhsilimizi balona salıb qıcqırtdıq. İndi kurikulumdu nədi onu çıxarıblar. Heç özləri bilmir bu nə olan şeydi. Bilirsinizmi yaxşı sistemi pisləmək olmaz.Bilirsinizmi, yaxşıdan müasirlik naminə əl çəkməzlər. O zaman insanlara ensiklopedik savad verirdilər. O vaxtın şagirdi indinin tələbəsindən çox bilirdi. Biz bunu itirdik. Təhsil müəssələrinə savadlı müəllim də lazımdır. Savadlı müəllim olmayandan sonra savadlı gənclər harada yetişəcək?

-Gənclərlə ziyalılar arasında uçurum olduğu da iddia olunur. Bu, doğru yanaşmadırmı?

- İndiki gənclərin çoxu sosial şəbəkələrdədirlər. Bir dəfə demişdim ki, sosial şəbəkələrdə avaralar oturur. Buna görə, hamı üstümə düşmüşdü. Təsəvvür edin ki, söyüş , təhqir yazanlara avara deməyim nə deyim? Daha pis söz işlədə bilmərəm. Məsələn, ziyalılar gənclərlə görüşə getdilər. Bu gğörüşdə dialoq olmalıdır. Ziyalı ziyadan danlşacaq, onlar isə yalana, söyüşə, təhqirə adət ediblər. Belə olan halda dialoq baş tuta bilərmi? Hansısa görkəmli ədəbiyyatşunas ədəbiyyatdan danışacaq, bunlar isə öz bildiklərini edəcəklər. Yenə biz nəyə qayıdırıq? Biz nəslimizi, ailəmizi itiririk. Uşağa körpə vaxtından tərbiyə etmək lazımdır. Uşaq özünü biləndə bunu eşidir: "Bacarana can qurban". Halbuki bu, oğruya, rüşvətxora aiddir. Təsəvvür edin ki, hansısa "oğru" dəfn olunanda 150 min, yazıçı dəfn olunanda isə 150 adam gəlir. Uşaq da buna baxır ki elə "oğru" olmaq daha yaxşıdır. Onda daha hörmətli olursan. Baxır görür ki, filan oliqarxın oğlu bahalı maşında gəzir, gənc qızları korlayır. Tərbiyəsizliklə məşğul olur və firəvan həyat sürür. Bu isə oxuyub, əziyyət çəkir. Həyatda heç nəyə nail ola bilmir. nəticədə düşünür ki, oxumağın nə mənası var axı. Mən də oğurlayım. Oxumağın mənası yoxdur.

-Çox yaxşı bir məsələnin üzərinə gəldik. Oğrulardan danışdınız. Kriminal ailəmin əfsanələri ilə bağlı yazılar daha çox oxunur, nəinki Azərbaycanın taleyüklü problemləri ilə bağlı tarixi araşdırma xarakterli yazılar. Sizcə, bu nədən irəli gəlir?

- Araz Əlizadə ağıllı bir müsabinə verir. Buna cəmiyyətdə reaksiya olmur. Amma kimsə Araz Əlizadə haqqında şər, böhtan yazırsa, baxın görün onu nə qədər oxuyurlar. Biz yavaş-yavaş öz mənliyimizi, ədəb-ərkanımızı, tərbiyəmizi, əxlaqımızı itiririk. Niyə? Çünki biz millət kimi özümüzü itiririk. Gənclərin beynini türküçülüklə doldurublar. Gənclər Azərbaycançılığın nə olduğunu bilmir. Azərbaycan dövlətinin qalmasını istəyiriksə, gənclərimizə Azərbaycançılığı aşılamalıyıq. Azərbaycanı ancaq Azərbaycançılıq qoruya bilər. Türkçülüyün meydanı türkiyədir. Bir dəfə də olsun görmüsünüzmü ki, Qazaxıstanda, Türkmənistanda kimsə durub desin ki, mən Türkəm? Yoxdu belə şey. Qazax çalışır, öz qazaxlılığını inkişaf etdirsin, türkmən çalışır ki, öz türkmənliyini inkişaf etdirsin. Onlar türkdillidirlər, amma türk deyillər. Biz onlara türk deyəndə inciyirlər. Amma Antropoloji cəhətdən də türk deyilik. Amma dilimiz türkdillidir. Yadınıza salmaq istəyirəm ki, Xalq Cəbhəsi hakimiyyətə gələndə dilimizi dəyişib türk dili qoymuşdu. O zaman Sosial Demokratlar Partiyası buna qarşı çıxmışdı. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O hakimiyyətə gələndən sonra o qərar dəyişdi".

- Araz müəllim, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı da birmənalı fikir yoxdur. Yəni bəzən Cümhuriyyət qurucularını topa tuturlar. Siz nə düşünürsünüz?

-Cümhuriyyət bizim şanlı tariximiz olub. XX əsrdə imperiyanın süqutu nəticəsində müstəqil olmuşuq. Birinci dəfə onu qoruyub saxlaya bilmədik. Bunun obyektiv və subyektiv səbəbləri oldu. Obyektiv tərəfi ondan ibarətdir ki, Azərbaycanda 23 -24 nəfər ali təhsilli adam vardı. Azərbaycanlıları Çar Rusiyası orduya çağırmırdı. Bizim 1-2 nəfər peşəkar hərbiçimiz olub. Ona görə də ermənilər baş qaldırıb bizi qırmağa başladılar. Eyni zamanda bizim dövlətçilik mədəniyyətimiz olmamışdı. 23 ayda 5 hökumət dəyişdi. Ancaq gedib- gəlməyi bacarırdılar. Bu, obyektiv səbəbdir. Subyektiv səbəb isə odur ki, bizə qarşı təzyiqlər vardı. Biz isə ümidimizi Osmanlıya bağlamışdıq. Osmanlı da I dünya müharibəsində uduzdu. O zaman belə seçim qarşısında idilər ki, özlərini qoruyub saxlasınlar, ya yox. Onlar da özlərini qorumaq üçün məcbur olub, Azərbaycanı təhvil verib, əvəzində silah və Mixail Fronze başda olmaqla hərbi mütəxəsislər də silah aldılar. Məsələn, Rusiya o zaman Türkiyə iılə belə bir yerdəyişmə etməsə idi, SSRİ öz iqtisadiyyatını inkişaf etdirə bilıməzdi. SSRİ-nin sənayesi inkişaf etnməsə idi, Azərbaycan nefti olmasa idi, heç kəs Hitlerə qalib gələ biməzdi. Bütün SSRİ xalqları birləşsəydi, olduğundan daha güclü ordu yaratsaydılar, Azərbaycan nefti olmadan müharibədə qalib gəlmək qeyri - mümkün idi. Ancaq Azərbaycanın nefti və SSRİ-ə daxil olan xalqların birliyi sayəsində Hitlerə qalib gəlmək mümkün oldu. Deyəndə ki, ruslar müharibədə qalib gəlib, məni gülmək tutur. Onların tanklarını, təyyaralərini Azərbaycan nefti doldurub. Bütün dünya Hitlərə işləyirdi. Azərbaycan neftçiləri minalanmış quyularda işləyirdilər. Amerika mütəxisisləri hesablamışdılar ki, əgər Allah eləməsin Bakıda neft quyularını partlatsaydılar, Bakı 250 il yanmalı idi. Əsuslar olsun ki, Azərbaycanın əlinin duzu yoxdur. Ölkəmizin bu qədır fədarkarlığı qarşısında Rusiy a Azərbaycana xəyanət etdi. Qarabağ məsələsində erməniləri dəstəklədi, bizə də zərbə vurdu. Bu dəstək indi də davam edir.
Elə ermənilərin özünü də az yedirtməmişik. Elə indinin özündə də ermənilərlə biznes quran əclaflarımız var. ABŞ -ın görkəmli prezidenti Franklin Delano Ruzvelt demişkən hər bir xalqın və hər bir millətin haqqı var ki, onların da əclafları olsun. 
 
Söhbətləşdi: Ayyət ƏHMƏD