Nohurgöldə 33 yaşlı kişi batdı





Qəbələdə Nohurgöldə 33 yaşlı kişi batıb.

"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.