O bölgə qovrulur: Termometrlər 37 dərəcəni göstərir

Türkiyənin Aydın bölgəsinin Kuşadası və Didim qəsəbələrinin sahillərində izdiham yaşanır. Afrikadan gələn isti hava kütləsinin təsirli olduğu şəhər mərkəzində termometrlər 37 dərəcəni göstərir. Həddindən artıq nəm və istilərə görə vətəndaşlar çölə çıxmamağı seçir. Çöldə olanlar isə kölgəlik yerdə və parklarda vaxt keçirir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sərinlənməyə çalışanlardan Mehmet Kayğın, isti havanın oruc tutanlar üçün çox çətin olduğunu, kölgəlik yerlərdə istirahət etməyə çalışdıqlarını söyləyib.
Dəniz suyunun 23 dərəcəyə çatdığı Didim və Kuşadası qəsəbələrində xarici turistlər sahillərə axın edir.
Bu yerlərdə tətil edən turistlərin çoxu məşhur Altınkum çimərliyində üzüb, günəş vannası qəbul edirlər.
Turan