Okuraşviliyə tutarlı cavab: “Keşikçidağı quran adam gürcü olmayıb“
16:01 29.04.2019
Arxiv
1908
Kərəm Məmmədov: “Okuraşvili öncə dönüb,öz tarixinə baxsın”
Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu yaxınlarda Azərbaycanla həmsərhəd zonaya səfərindən sonra, region üçün müsbət nəticələr vəd etməyən proseslər başlanıb. Zurabişvili Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsi məsələsini yenidən ictimailəşdirib. Rəsmi açıqlamalara istinad etsək, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizi mübahisə predmeti olaraq qalır. Delimitasiya üzrə dövlət komissiyaları digər sahələr üzrə razılaşmalar əldə ediblər.
O da məlumdur ki, Gürcüstanın üzərində durduğu əsas məsələ Keşikçidağ (David Qareci) monastır kompleksi ilə bağlıdır. Maraqlıdır ki, Gürcüstanın hazırkı deputatları və sabiq rəsmiləri bu mövzu ilə bağlı əsl təxribat xarakterli fəaliyyətə start veriblər. İki gün əvvəl bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıları təhqir etməkdən belə çəkinməyib. Belə ki, müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək bunları deyib: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".
Sonra üzünü jurnalistlərə tutaraq "bu, Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən, Azərbaycan da bir tərəfdən bizə təcavüz edir" kimi fikirlər səsləndirib.
Ardınca, keçmiş prezident Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın müdafiə naziri postunda çalışmış İrakli Okuruaşvilinin açıqlaması da bu qəbildən olub və ancaq ölkələr arasındakı münasibətlərə xələl gətirmək məqsədini güdüb. O, "Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı "məsləhətlər” verərək bildirib ki, nazır kimi çalışdığı dövrdə Azərbaycanla hansısa bir məsələdə problem yaranıbmış. O vaxt Azərbaycanın daxili işlər naziri ilə sərhəddə görüşdüyünü, ertəsi günü bu problemin gürcülərin xeyrinə qərar verilərək həll olunmayacağı təqdirdə 500 min azərbaycanlını "Qırmızı körpü”də qarşılamalı olacağını xatırladıb.
Maraqlıdır, "canfəşanlığın” arxasından hansı təxribatlar dayanır ?
Sualımızı cavablandıran tarixçi-alim Kərəm Məmmədov "Sherg.az”a açıqlamasında təəssüf hissi ilə qeyd edib ki, Gürcüstanda yaşayan insanlarımız öz keçmişini bilmir:
"Amma bütün bunlar soydaşlarımızın günahı deyil. Yüz illər boyu istər Çar Rusiyası, istərsə də sovet dövründə təqdim edilən tarixdə elə təqdimatlar verilirdi ki, guya təkcə indiki Gürcüstanda yaşayan Azərbaycan türkləri yox, ümumən türklər Qafqaza gəlmədilər.
Bu cür uydurma məlumatlarla azərbaycan türkləri daim basqı altında saxlanılıb. Lakin son vaxtlar bu sahədə araşdırmalar artıb, bəzi tədqiqatlar da gedir. Sabiq müdafiə nazirinin bu cür çılğın şərhləri təbii ki, onun savadsızlığından irəli gəlir. Ona görə də Okuraşvili öncə dönsün öz tarixinə baxsın.
Həmin sözü indiki müdafiə naziri desəydi, bəlkə ona reaksiya vermək olardı. Amma Okuraşvili əvvəlcə Azərbaycanın sonra da Gürcüstan ordusunun gücünü hesablasın. Yaxşı olar ki, onlar belə açıqlama vermək yerinə itirdikləri torpaqları qaytarmaq üçün çalışsınlar.
Təəssüf ki, bəzən biz tərfədən də savadsız çıxışlar olunub. Məsələn, Keşikçidağı (David Qarec) Davidin adı ilə bağlayırlar. Bu da tamamilə yanlışdır. Çünki məbəd quran adam "yetim David” adlanır və o heç gürcü deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı