Onlar bizimlə müzakirə aparmayıblar: Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib




 Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.
APA-nın məlumatına görə, R. Mehdiyev VK-nın mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Referendum Azərbaycana çox şey verəcək və ölkədə gedən inkişafla bağlıdır".