Ordumuzun qarşısında mühüm tapşırıqlar qoyulub
06:22 22.09.2018
Arxiv
741
“Təlimlərin çətin şəraitə uyğun, gecə saatlarında keçirilməsi önəmlidir”
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabr ayının 17-də başlamış Azərbaycan ordusunun genişmiqyaslı təlimləri günün gecə saatlarında da keçirilib. Plana uyğun olaraq, müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub. Təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiqi ilə şərti düşmənin bütün hədəflərini məhv edərək, qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.
Ekspertlərə görə, təlimlərin gecə şəraitində keçirilməsi və döyüş tapşırıqlarının qaranlıqda icra olunması Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırır. Nəzərə almaq lazımdır ki, düşmən tərəfin diversant qrupları əksər hallarda hərbi qüvvələrimizin mövqeyinə gecə saatlarında zərbə vurmağa cəhd göstərirlər.
Məsələni "Şərq”ə dəyərləndirən hərbi-ekspert Ramil Məmmədli deyib ki, Azərbaycan Ordusu istənilən saatda və hava şəraitində döyüş tapşırığını icra etməyi bacarmalıdır. Bu, ordumuzun qarşısına qoyulan mühüm tapşırıqlardan biridir:
"Azərbaycan Ordusu qarşısına çıxan çətin tapşırıqları peşəkarlıqla yerinə yetirmək üçün poliqonlarda bu istiqamətdə zəruri təlimlər keçirir. Döyüş əməliyyatlarının çox hissəsinin qaranlıq şəraitdə həyata keçirildiyini nəzərə alsaq, ordumuzun gecə saatlarında təlimlərinin nə qədər əhəmiyyətli olduğunu anlaya bilərik.
Digər tərəfdən düşmən mövqelərinə gecə saatlarında güclü zərbə endirmək üçün hərbçilərimiz bu bacarığı daha da təkmilləşdirməlidir. Bu baxımdan, ordumuzun bu bacarıqlarını təkmilləşdirməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hərbi birləşmələrimiz bu çətin tapşırıqları döyüşdə qələbə ilə tamamlayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm