Oxuculara məlumat...




Bu gün "Şərq" qəzetinin elekton versiyası olan Sherg.az saytı güclü haker hücümuna məruz qalıb. 

Nəticədə saytın fəaliyyətində 3 saatlıq fasilə yaranıb. 

Qəzetin elektron versiyasını hazırlayan proqramistin verdiyi məlumata görə, xarici ölkələrin birindən başlayan hücumlar məqsədli xarakter dayışıb və müxtəlif ölkələrdən idarə olunub. 

Həmin ölkənin adını çəkmək və bu məsələni ictimailəşdirmək istəmirik. Sadəcə, biz öz peşə fəaliyyətimizlə məşğuluq. 

Bu baxımdan bizə yaradılacaq bütün maneələrin qarşısı müstəqil və güclü Azərbaycan dövləti tərəfindən alınacaq.