Oyananda şok oldu: Əlləri və ayaqlarını tanımadı - Fotolar

İngiltərədə 41 yaşlı Charly Babinqton adlı qadın qan infeksiyasına yoluxması nəticəsində az qala ölümdən döndü. Komaya girən qadın özünə gəldiyi zaman əlləri və ayağı kömür kimi qap-qara idi.
Milliyyət.com. xəbər verir ki, öldürücü səviyyədə olan qan infeksiyası  Babinqtonun 3 üzvünü itirməsinə səbəb oldu. 3 həftə süni nəfəs aparatına bağlı qalan 2 uşaq anası Babinqton, xəstəxanada özünə gəldiyi zaman həyatının şokunu yaşadı. Qadının bədənində müxtəlif yaralar və qara ləkələr yaranmışdı. Həm də iki ayağı və bir əli dəhşətli  vəziyyətdə idi. Həkimlərin tövsiyyəsi ilə orqanlarını kəsdirmək məcburiyyətində qalan Babinqton indi yenidən hərəkət etməyi öyrənir. Qanın mikrob tapması  nəticəsində yaranan infeksiya olduqca təhlükəlidir və yüzdə 40 faiz ölüm riski yaradır...