"Paradda nümayiş olunan texnika Ermənistana ciddi mesajdır" - Sülh istəmirsə, müharibə...
13:01 19.09.2018
Arxiv
1142
Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100-cü il dönümünə dair təşkil olunan parad olduqca möhtəşəm idi və mən bunu çox bəyəndim".
Bunu "Sherg.az"a beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut bildirib.
Onun sözlərinə gğrə, bu birgə parad Azərbaycan-Türkiyə qardaşlığını və bu ölkələrin strateji tərəfdaş olduğunu bir daha sübut etdi:
"Eyni zamanda paradda nümayiş olunan hərbi texnika ve texnologiya işğalçı Ermənistana açıq- aydin mesajdır. Yəni rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan XX əsrin 90 illərindəki Azərbaycan deyil. Bu gün Azərbaycan Cənubi Qafqazın real siyasi və iqtisadi qatarıdır. Azərbaycanın Dağlıq Qarabağ munaqişəsi ilə bağlı səbri tükənmək üzrədir. Bu gün hərbi baxımdan Azərbaycan Türkiyə, İsrail, Pakistan, Belarus və Rusiya kimi olkələrdən lazım olan ən yüksək texnologiyanı alıb. Gözəl bir misal var: sülh istəyirsənsə, müharibəyə hər zaman hazır ol. Düşünürəm ki, Azərbaycan məhz bu prinsiplə fəaliyyət göstərir. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ordu quruculuğunda əsaslı dəyişikliklər baş verdi.
Ekspertin qənaətincə, bu parad həm də onu göstərdi ki, beynəlxalq münasibətlərdə güc faktorunu heç kim ləğv etməyib:
"Bununla bərabər Azərbaycan bayrağı gec- tez Dağlıq Qarabağda dalğalanacaq. Azərbaycan bu baxımdan bütün siyasi, iqtisadi və hərbi üsullardan istifadə edərək məsələni həll edəcək. Aydındır ki, burada geosiyasi faktorlar da movcuddur".
A.Qut hesab edir ki, son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması, Putinin Azərbaycana səfəri , Türkiyə-Azərbaycan qardaşlığı və gözəl hərbi parad, İsrail müdafiə naziri Libermanın 5 günlük səfəri Azərbaycanın Cənubi Qafqazda olan yeri və rolunu əks etdirir:
"Diplomatiya yolu alınmasa, Azərbaycanın müharibə yolu ilə torpaqları azad etmək hüququ var. Bu heç də Ermənistanın xeyrinə olmayacaq".
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət