
Paralimpiyadaçının qollarında güc qalmayıb
06:56 21.09.2018
Arxiv
558
Tural elektron əlil arabası almağına köməklik göstərilməsini gözləyir
Miopatiya xəstəliyindən əziyyət çəkən Qazax rayon sakini Qəhrəmanov Tural sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edib.
1981-ci il təvəllüdlü T.Qəhrəmanov yazır ki, Qazax rayonunun hazırda işğal altında olan Aşağı Əskipara kəndində anadan olub. Ailəlidir, 2 qız atasıdır. Ali təhsilli mühasibatçıdır. Uzun illərdir miopatiya xəstəsidir. Xəstəliyi ilə əlaqədar heç yerdə işləmir. Əzələ-güc zəifliyindən sərbəst gəzə bilmir, dərmanları da bahadır. Müalicə olmasa, qollarında və ayaqlarında əzələ zəifliyi getdikcə çoxala bilər. Bütün bunlara baxmayaraq boccia idman növü üzrə Paralimpiya yarışlarında iştirak edir.
T.Qəhrəmanovun istədiyi elektron əlil arabasıdır ki, özü hərəkət edə bilsin. Bu xahişlə də sosial şəbəkədə paylaşım edərək yazır ki, səhhətini nəzərə alıb elektron əlil arabası almağına köməklik göstərilsin.
Müraciətin sonunda ünvan, əlaqə nömrələri göstərilir və kömək etmək istəyənlərdən yardımlarını Qazax mərkəzi poçtuna göndərmələrini xahiş olunur.
T.Qəhrəmanovun özü ilə əlaqə saxladıq.
Paralimpiyadaçının ilk sözü bu oldu ki, mənə ən böyük köməyiniz bu olar ki, yazdığım müraciəti sosial şəbəkədə paylaşasınız:
- Şərt deyil ki, hamı pul toplasın, maddi köməklik göstərsin. Paylaşmağın özü, ən böyük köməkdir. Nə qədər çox paylaşım olsa, bəlkə köməklik göstərən də tapılar. Həm də mən imkanlı şəxslərdən kömək gözləyirəm. Başa düşürəm ki, hamı ailə saxlayır, maddi sıxıntıları ola bilər. Hamıdan ummuram, yalnız imkanlı şəxslərdən kömək gözləyirəm.
T.Qəhrəmanov bildirdi ki, elektron əlil arabası xahişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nə az, nə çox, tam 6 dəfə məktubla müraciət edib. Nəhayət, nazirlikdən «səs» çıxıb və Qəhrəmanova «gəl, arabanı apar» deyiblər. Ancaq, nəticə gözlənildiyi kimi olmayıb. Nazirlik elektron deyil, sadə əlil arabası - əllə idarə olunan araba verib:
- Mənim qolumda, əlimdə güc var ki, arabanı idarə edim?! O araba mənlik deyil. Miopatiya xəstəsiyəm. Əzələlərim zəifdir. Elektron arabanı yüngül toxunuşla idarə edirlər. Ona görə elektron araba istəyirəm. İstəmirəm, kiməsə möhtac vəziyyətdə qalım, kimsə daim məni gəzdirsin. Elektron araba olarsa, özüm sərbəst hərəkət edə, istədiyim yerə gedib-gələ bilərəm.
T.Qəhrəmanov Paralimpiya Komitəsinə də müraciət etdiyini, lakin oradan da müsbət cavab almadığını dedi:
- Mənə bildirdilər ki, Paralimpiya milli komandasının üzvü deyiləm, ona görə də kömək edə bilməyəcəklər. Bilmirəm, niyə məni milli komandaya üzv qəbul etmirlər? Yenə də xeyirxah insanlara, yardımsevərlərə müraciət edirəm ki, elektron əlil arabasına sahib olmaqda mənə kömək etsinlər.

Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm