Parlamentin yaz sessiyasının sonuncu iclası başladı



Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasıbaşlayıb. Sherg.az xəbər verir ki, iclasının gündəliyinə38 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, "Bələdiyyəüzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 3-cü oxunuşda, "Diplomatik xidmət haqqında” qanuna dəyişiklik, "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna dəyişiklik, "Vətəndaşlıq haqında” qanuna dəyişiklik, Cəzaların icrası Məcəlləsinə dəyişiklik, "Veteranlar haqqında” qanuna dəyişiklik, "Büdcə sistemi haqqında” qanuna dəyişiklik, "Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik, "Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik, Cinayət Məcəlləsində dəyişiklik, Əmək Məcəlləsində dəyişiklik, "İşsizlikdən sığorta haqqında” qanun layihəsi 1-ci oxunuş və.s dir.
Anar