Ermənistan baş nazirinin cəfəng fikirlərinə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu "Şərq"ə deyib ki, Paşinyan siyasətçi deyil, onun Dağlıq Qarabağ mövzusundan ümumiyyətlə xəbəri yoxdur: "Paşinyan deyir ki, köhnə hakimiyyət ona pis miras qoyub. Ona təqdim olunan sənədlərdə Dağlıq Qarabağın statusu ilə bağlı heç nə yoxdur. Əksinə, tələb olunur ki, ətraf ərazilər Azərbaycana qaytarılsın. Bu yanaşma Paşinyanın nə qədər səriştəsiz və bacarıqsız olduğunu büruzə verir.
Paşinyan kəmsavad küçə adamıdır
07:38 19.09.2018
Arxiv
698
Onun siyasətdən, Qarabağ münaqişəsindən ümumiyyətlə xəbəri yoxdurO, sadəcə xarici siyasətdə deyil, daxili idarəetmədə də çox axmaq hərəkətlər edir, mənasız açıqlamalar səsləndirir
Ermənistan baş nazirinin cəfəng fikirlərinə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu "Şərq"ə deyib ki, Paşinyan siyasətçi deyil, onun Dağlıq Qarabağ mövzusundan ümumiyyətlə xəbəri yoxdur: "Paşinyan deyir ki, köhnə hakimiyyət ona pis miras qoyub. Ona təqdim olunan sənədlərdə Dağlıq Qarabağın statusu ilə bağlı heç nə yoxdur. Əksinə, tələb olunur ki, ətraf ərazilər Azərbaycana qaytarılsın. Bu yanaşma Paşinyanın nə qədər səriştəsiz və bacarıqsız olduğunu büruzə verir.
Ermənistan baş naziri Nikol Paşinyanın hər gün təxribatçı bəyanatlar verməsi rəsmi Bakının səbr kasasını doldurub. Düşmən ölkənin baş naziri bir yandan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda "tərəf" kimi iştirak etməsi ideyasını ortaya atır.
Daha sonra ətraf rayonların da qondarma rejimin tərkib hissəsi olması ilə bağlı çox mənasız mövqedən çıxış edir. Paşinyan küçə auditoriyasına xitabən addım atır və sırf onların xoşuna gəlmək üçün öz oğlunun Dağlıq Qarabağda hərbi xidmətə getməsi yalanını tirajlayır. Ancaq erməni mətbuatı Paşinyanın oğlunun cəbhə bölgəsində deyil, Xankəndində olmasını dəlillərlə ortaya qoyur.
Ekspertlərə görə, Paşinyanın təxribatçı yanaşmalarının kökündə bir məsələ dayanır. Baş nazir ölkəsindəki ikihakimiyyətliliyə son qoymaq istəyir. Çünki ali icra hakimiyyəti onun əlindədir, qanunverici hakimiyyət isə özünə düşmən bildiyi insanların tabeliyindədir. Baş nazir qarşıdan gələn parlament seçkisində qalib gəlmək üçün belə sərsəm bəyanatlar verməkdə davam edir. Deməli, may ayına qədər Paşinyanın ağıl və məntiqdən uzaq bəyanatlarının və mövqeyinin şahidi olacağıq. Ancaq Paşinyan unutmamalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaqla nəticə etibarilə öz hakimiyyətinin ömrünü qısaldır.
O, Sarkisyanın nəyə görə hakimiyyətdən getdiyini unutmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə qarşı tərəfin diqqətinə çatdırıb ki, Sarkisyanın hakimiyyətdən getməsində Azərbaycanın da rolu olub. Çünki Azərbaycan Sarkisyanın işğalçı siyasətinə görə bu dövlətə qarşı davamlı təcrid siyasəti həyata keçirib və bizim təcrid siyasətimiz Ermənistanın cinayətkar hakimiyyətini zəiflədib. O səbəbdən analitiklər bəyan edirlər ki, əgər Paşinyan bundan sonra təxribatçı əməllərindən və Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməsə, onun hakimiyyətdə qalması da uzun çəkməyəcək.
Ermənistan baş nazirinin cəfəng fikirlərinə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu "Şərq"ə deyib ki, Paşinyan siyasətçi deyil, onun Dağlıq Qarabağ mövzusundan ümumiyyətlə xəbəri yoxdur: "Paşinyan deyir ki, köhnə hakimiyyət ona pis miras qoyub. Ona təqdim olunan sənədlərdə Dağlıq Qarabağın statusu ilə bağlı heç nə yoxdur. Əksinə, tələb olunur ki, ətraf ərazilər Azərbaycana qaytarılsın. Bu yanaşma Paşinyanın nə qədər səriştəsiz və bacarıqsız olduğunu büruzə verir. O, sadəcə xarici siyasətdə deyil, daxili idarəetmədə də çox axmaq hərəkətlər edir, mənasız açıqlamalar səsləndirir. Məlumata görə, son dönəmlər hakimiyyət dövlət qurumlarına təzyiq edir ki, ermənilərin iqtisadi durumu, sosial rifahı ilə bağlı saxta, uydurma məlumatlar yaysınlar. Guya Ermənistanda hər şey normaldır, insanların vəziyyəti yaxşıdır. Halbuki düşmən ölkənin xarici borcu durmadan artmaqdadır. Bu da məhz Paşinyanın yarıtmaz siyasəti ilə bağlıdır. Sabah erməni xalqı Paşinyandan hesabat tələb edəcək. Ona görə də məcburdur ki, mövzunu tamamilə başqa istiqamətə, Dağlıq Qarabağ münaqişəsinə çevirsin. Göstərməyə çalışır ki, guya, baş nazir Qarabağ məsələsi ilə məşğul olur. Paşinyanın yalan bəyanatları buna hesablanıb və hamısı məqsədlidir".
Politoloq vurğulayıb ki, Ermənistanın daxilində Nikol Paşinyanın reytinqi xeyli aşağı düşüb:
"Məxməri inqilab" zamanı Paşinyanı dəstəkləyənlər artıq ondan üz çeviriblər. Hazırda onun dəstəkçiləri 39 faizə düşüb. Halbuki küçə yürüşləri zamanı Paşinyan 94 faiz reytinqə sahib idi".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət