“Paşinyan Koçaryanla yanaşı digər şəxsləri də həbs etdirmək istəyir" - ŞƏRH
12:48 31.07.2018
Arxiv
1036
"Baş nazir Nikol Paşinyan Ermənistanı "öz boyuna biçmək” istəyir. O çalışır ki, Ermənistan rəhbərliyində ondan savadlı, ağıllı şəxs olmasın”.
Bunu "Sherg.az”a Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsinin səbəblərini izah edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, Nikol Paşinyan içində böyük şübhə xofu olan, özündən nüfuzlu, güclü olan şəxslərdən qorxan rəhbər təsiri bağışlayır:
"Paşinyan Koçaryanla yanaşı digər şəxsləri də həbs etdirmək istəyir. Ermənistan siyasətində vacib rolu olan, mətbuatın o qədər də gündəmə gətirmədiyi, qatı daşnak Artur Ağabekyanın da həbs edilməsi ehtimalı var. Artıq A. Ağabekyanın evində axtarış aparıldığına dair məlumatlar da yayılıb.
Belə görünür ki, Nikol Paşinyan həbsləri qarşıdakı müddətdə də davam etdirəcək. Qarşısındakı daha ağıllı, özünə qarşı çıxan şəxsləri sıradan çıxarmasa N. Paşinyan Ermənistana rəhbərlik edə bilməz. Baş nazir hələ də böyük vəzifədə, ölkə rəhbərliyində olduğunu dərk etmir. Ona görə, əvvəlki peşəsinin psixologiyasında olan şəxsin Ermənistana güclü rəhbərlik edə biləcəyini düşünmürəm”.
Qeyd edək ki, İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsinə sanksiya verib.
Xatırladaq ki, İyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya