Paşinyan naşı və təcrübəsizdir: "Onun sərsəm bəyanatları ermənilərin Qarabağla bağlı təbliğatını çökdürdü"
12:01 21.09.2018
Arxiv
646
"Paşinyanın sərsəm bəyanatları cavabsız qalmayacaq”. Bunu "Sherg.az”a açıqlamasında Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov deyib. Son günlər Nikol Paşinyanın ard-arda səsləndirdiyi sərsəm bəyanatlara münasibət bildirən analitik vurğulayıb ki, Minsk qrupunun həmsədrləri hər həftə bəyanat vermirlər.
Prosesləri ümumi dəyərləndirdikdən sonra ilk görüşdə tərəflərin mövqeyinə uyğun yekun bəyanat yayırlar. Ona görə düşünmək olmaz ki, Minsk qrupu Paşinyanın bəyanatlarına diqqət yetirmir”.
E.Namazovun sözlərinə görə, Paşinyanın naşı, təcrübəsiz, heç bir məntiqə sığmayan bəyanatları ermənilərin Qarabağla bağlı uzun illərdir apardığı siyasəti demək olar ki, darmadağın etdi:
"Düşmən tərəf bütün resursları ilə ictimai rəyi aldatmağa, özlərini "məzlum” və "haqlı” göstərməyə çalışırdılar. Ancaq indiki baş nazirin açıqlamaları ermənilərin təbliğatını çökdürdü. Biz uzun illərdir beynəlxalq ictimaiyyətə sübut etməyə çalışırıq ki, ermənilər sülh danışıqlarında maraqlı deyillər, sadəcə imitasiya etməklə məşğuldurlar. Ermənistan dövləti heç vaxt BMT-nin 4 qətnaməsinin icrasına yaxın gəlməyib.
Düşmənin yeganə məqsədi işğal etdiyi Azərbaycan torpaqlarını mənimsəmək olub. Bütün cəhdlərimizə baxmayaraq, dünya ictimaiyyətini inandırmaq o qədər də asan olmurdu. Ona görə ki, Ermənistanın rəhbərliyində çox hiyləgər, intriqabaz və komsomol məktəbi keçmiş Köçəryan və Sarkisyan kimi insanlar var idi. Onlar hər bəyanatlarında riyakarlıq edərək sülhdən dəm vurur, münaqişənin həllində irəliləyişin olması yalanını ortaya atırdılar. Nəticə etibarı ilə beynəlxalq ictimaiyyəti çaşdırırdılar. Paşinyan isə bütün bunlara son qoydu və açıq şəkildə etiraf etdi ki, ətraf 7 rayon Dağlıq Qarabağ rejiminə "məxsusdur”. Hətta əlavə olaraq söylədi ki, qondarma rejim ətraf 7 rayonla birlikdə Ermənistana birləşməlidir. Paşinyanın bu bəyanatı faktiki olaraq bütün dünya ictimaiyyətinə və Minsk qrupunun həmsədrlərinə açıq mesajdır ki, "Azərbaycan yalnız müharibə yolu ilə öz torpaqlarını qaytara bilər. Bizim torpaqları azad etmək fikrimiz yoxdur”. Bu cür yanaşma əslində bizim xeyrimizədir”.
Siyasi şərhçinin fikrincə, bundan sonra heç bir beynəlxalq qurum, yaxud ölkə Azərbaycana "müharibəyə başlamayın”, "güc tətbiq etməyin” deyə bilməz:
"Artıq bu cür çağırışların məntiqi əsası yoxdur. Çünki ortalıqda Paşinyanın açıq-aydın bəyanatları var. Ermənistan rəhbərliyi aşkar formada bəyan edir ki, onlar bir qarış torpağı belə danışıqlar yolu ilə azad etmək niyyətində deyil. Azərbaycan hər zaman güc tətbiq etmək hüququnu özündə saxlayıb. Sadəcə olaraq bunun üçün münasib siyasi şəraitin yetişməsini gözləmişik. Həm də beynəlxalq ictimaiyyət qəbul etməliydi ki, Azərbaycanın müharibədən başqa çıxış yolu qalmayıb. Paşinyan öz hərəkətləri ilə həmin siyasi şəraiti formalaşdırır. Bu səbəbdən bəyanatları əslində bizə sərf edir”.
E.Namazov vurğulayıb ki, Paşinyan mitinqdə özünü nə cür aparırsa, diplomatik danışıqlarda da o cür hərəkət edir:
"Ermənistan daxilində qarşıdurmalar güclənir, digər tərəfdən Paşinyanın reytinqi aşağı düşür. Ona görə ki, o, heç bir islahat apara bilmir. Ermənistanda Paşinyan əleyhinə bəyanatlar səsləndirilir. Deyirlər ki, baş nazir açıqlamaları ilə İrəvanın mövqeyinə zərbə vurur. Qarabağ münaqişəsi ilə bağlı qeyri-adektvat çıxışlarına görə beynəlxalq qurumlar və təşkilatlar da onunla işləmək istəmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya