Peşə təhsili sisteminə yeni işə qəbul edilən bəzi rəhbər şəxslər təlimlərdə iştirak edəcəklər
06:45 14.03.2019
Arxiv
434
Azərbaycanda peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili
olmayan rəhbər şəxslər Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə iştirak edəcəklər.
"Sherg.az"ın məlumatına görə, Nazirlər Kabineti "Peşə təhsilinin dövlət standartları”nı müəyyən edib.
Standartlarla müəyyən edilib ki, peşə təhsili üzrə dövlət standartları 5 ildən bir yenilənir. Peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, "ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların bir sıra modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir. Bu səriştələr ana dili ilə yanaşı, xarici dildə ünsiyyət, peşəkar şifahi və yazılı ünsiyyət qurmaq, informasiya texnologiyaları üzrə məlumatları əldə etmək, qiymətləndirmək və idarə etmək, sahibkarlıq ideyalarını və imkanlarını müəyyən etmək, biznes plan hazırlamaq, karyera məqsədlərini müəyyən etmək və müasir işaxtarma və müraciət üsullarından istifadə etmək və s.-dir.
Peşə liseylərində və peşə təhsil mərkəzlərində ümumi orta təhsil bazasından qəbul olunanlara qanunvericiliyin tələblərinə uyğun olaraq tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil fənləri tədris edilir.
Peşə təhsili müəssisələrində tədris ili iki yarımildən ibarətdir. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və nümunəvi tədris planına müvafiq olaraq yekunlaşır. Dərs ili ərzində qış tətili 8 gündür. İxtisasdan asılı olaraq modulların tədrisi yay aylarında da keçirilə bilər. Dövlət peşə təhsili müəssisələrinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
Tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Peşə təhsili müəssisəsi ona verilmiş əmlakdan yalnız Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilər. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.
Peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası (sertifikatlaşdırılması) "Peşə təhsili haqqında” qanununa müvafiq olaraq həyata keçirilir.
Peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi peşə təhsili müəssisələrində
mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi
əsasında həyata keçirilir.
Peşə təhsili sisteminə yeni işə qəbul edilən pedaqoji təhsili olmayan rəhbərin və mühəndis-pedaqoji işçilərin pedaqogikaya və psixologiyaya dair biliklərə, həmçinin fənlərin tədrisi metodikası üzrə bacarıqlara malik olmalarını təmin edən təhsil proqramları (kurikulumlar)
üzrə Təhsil Nazirliyinin müəyyən etdiyi qurumlar tərəfindən keçirilən təlimlərdə 3 ay müddətində iştirakı təmin edilir.
Peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının peşələrinə uyğun ən geci 2 ildən bir Təhsil Nazirliyinin müəyyən etdiyi müəssisə və
təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi
keçmələri təmin olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm