Peterburqda Azərbaycan vətəndaşını güllələdilər




Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı güllələnib. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 40 yaşlı azərbaycanlı kütləvi dava zamanı əl və ayaqlarından güllə yarası alıb. 

Hazırda o, şəhərin Aleksandrovskaya xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.