Peterburqda teraktın qarşısı alındı





Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə hücumlar törətməyi planlaşdırırmış.


FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.