Pianoçumuz Almaniyada beynəlxalq Müsabiqənin qalibi oldu
15:21 12.09.2020
Arxiv
507
Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.
APA-nın məlumatına görə, 8-11 sentyabr tarixində Almaniyanın Axen şəhərinin Konservatoriyasında keçirilmiş Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən böyük müsabiqələrindən biridir. Bu il baş tutan müsabiqədə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan gəlmiş məşhur musiqiçilərin iştirakı ilə 8 münsif - pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları iştirak ediblər. Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen şəhərinin İcra Hakimiyyəti olub. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilib.
Bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk müsabiqə olub, alman mətbuatında geniş işıqlandırılıb.
Müsabiqənin 2-ci və 3-cü mərhələləri “Youtube” kanalı vasitəsilə canlı yayımlanaraq təqdim olunub.
Mürəkkəb proqram şərtləri və 3 mərhələli müsabiqədə dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçı qatılıb. Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” silsiləsi və L.V.Behhovenin “Avrora” sonatası ilə çıxış edib.
Müsabiqənin finalına ancaq 3 iştirakçı - Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçib. Finalda Toğrul Hüsenli V.A.Motsartın KV310 və S. Prokofyevin 7 saylı sonatalarını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüseynliyə təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region