Pluton planetdir, yoxsa asteroid?

1930-ci ildə kəşf edilən bir planet olmasına baxmayaraq hələ də qeyri-müəyyənliyini ilk günkü qədər qoruyan "cırtdan planet" - Pluton haqqında bilmədiyimiz çox faklar var.
Günəş sistemində olan planetlər haqqında bəlkə də ən az məlumata sahib olduğumuz planet məhz Plutondur. Bildiklərimiz məhdud olsa belə planet haqqında məlum olanlar, onun ən maraqlı planetlərdən biri olmasını təmin edir. Məsələn, onun Günəş ətrafında bir tur atması 248 il çəkir. 
Tapıldığı 1930-ci ildən bu yana orbitinin yalnız 3-də 1-ni qət edə bilib. Digər maraqlı məlumat isə odur ki, ilk dəfə kəşf edildiyi nöqtəyə 2178-ci ildə gəlib çatacaq.
Pluton ilk dəfə 1930-ci ildə Clide Tombaugh tərəfindən kəşf edildi. Lakin daha sonra günəşin orbitində normal olaraq deyil, egzosentrik - kefi istədiyi kimi qayıtdığı hesablanıb. 70-ci illərə gəldikdə isə alınan görüntülərə əsasən Plutonun labut şəklində olduğu məlum oldu. Bunun səbəbi isə Şaron adlı bir peykə malik olması idi. 90-cı illərdə isə artıq daha böyük bir sual yarandı: Pluton planetdir, yoxsa asteroid?
Dünya, "cırtdan planet" haqqında minilliklə birlikdə daha çox məlumat sahibi olmağı gözləyərkən, 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən Plutonun tam bir planet olmadığı açıqlanıb. Səbəb kimi isə elə də elmi əsaslara söykənməyən, Neptundan sonrakı Kuiper zolağı içərisində Pluton böyüklüyündə və hətta ondan daha böyük çox sayda meteorit olduğunu irəli sürdülər.
Buna baxmayaraq Pluton haqqındakı araşdırmalar davam etdi və həmin il Nyu Horizons adlı kosmik raket, onun araşdırılması məqsədilə kosmosa göndərilib.