Poliklinikalar boş qalır: Sumqayıtdakı tibb müəssisələrində nə baş verir? - AÇIQLAMA
05:51 31.03.2021
Arxiv
356
Sumqayıtda tibb müəssisələrində bir neçə həftədir köçürülmə prosesi həyata keçirilir. Əhali isə sahə üzrə müraciət etdikləri poliklinikalardakı həkimlərin hara və niyə getdiyini bilmir.
Bu barədə Oxu.Az-a bir qrup həkim müraciət edib.
Sumqayıtda poliklinikalarda çalışan dar ixtisaslı həkimlər başqa müəssisələrə köçürülür. Müəyyən bir qrup hər hansı xəstəxananın poliklinika şöbəsinə, digər bir qrup isə fərqli xəstəxanalara yerləşdirilib.
Həkimlərin sözlərinə görə, bir neçə poliklinikanın dar ixtisaslı həkimlərini (oftalmoloq, endokrinoloq, cərrah, nervopatoloq, dərizöhrəvi, psixoloq, kardioloq, burun-boğaz və s.) artıq çalışdıqları yerdən köçürüblər:
“Həkimləri köçürdükləri tibb müəssisələri ürəkaçan vəziyyətdə deyil. O qədər şəraitsiz otaqlardır ki, orada vətəndaşa xidmət etmək çox çətindir. Bir neçə həkimi kiçik otağa yığıb gələn vətəndaşlara yüksək səviyyədə xidmət etmələri tələb olunur. Bunu necə edək? Soruşanda da deyirlər ki, TƏBİB təlimat verib. Pandemiya ilə mübarizə aparılır. Düşünmürlər ki, bir neçə həkim bir otaqda otursa, eyni anda hər biri sadəcə bir xəstə qəbul etsə, karantin qaydaları pozulacaq, yoluxma da istisna edilmir”.
Aydındır ki, nəinki ölkəmiz, eləcə də dünya ölkələri də gözlənilməyən koronavirus pandemiyası ilə üzbəüz qalıb. Tibb müəssisələrinin mərhələli şəkildə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçməsi bildirilib. Məlum səbəblərdən bu proses, eləcə də təhvil-təslim prosesi tamamlandıqdan sonra nəzərdə tutulan təmir-bərpa işləri gecikib.
Amma pandemiya səbəbindən proseslərin mərhələli şəkildə aparılması gecikirsə, həkimlər niyə əziyyət çəkməlidir?
Şəhər sakinləri isə deyir ki, poliklinikaya gedəndə həkim tapa bilmirlər:
“Həkimlər başqa-başqa yerlərə göndərilib. Bizi gah ora, gah da bura göndərirlər. Göndərdikləri tibb müəssisələrində isə heç həkimlər özü bir-birini tapa bilmir, o ki qaldı xəstələr”.
Bu iddialara görə, həkimlərin fəaliyyət şəraiti daha da çətinləşdirilir. Hətta bir qrup həkim vəzifələrindən azad ediləcəkləri ilə bağlı narahat olduqlarını da dilə gətirirlər.
Bəs maraqlıdır: Bu və bənzər şayiələrin arxasında duran səbəb nədir? Sumqayıtda yerləşən tibb müəssisələrində nə baş verir?
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib ki, dar ixtisaslı həkimlərin başqa müəssisələrə köçürülməsi prosesi icbari tibbi sığortaya keçidlə əlaqədar Ailə sağlamlıq mərkəzlərinin yaradılması ilə bağlıdır:
“Ailə sağlamlıq mərkəzlərində terapevt, pediatr, ginekoloq bir müəssisədə oturur. Dar ixtisaslı həkimlər isə xəstəxanaya köçürülürlər. Daha dəqiq desək, xəstəxananın poliklinika şöbəsi kimi ambulator həkim qəbulu şöbəsi kimi fəaliyyət göstərir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı belə yerləşdirmə aparılıb. Heç bir narahatlıq olmadan, xidmət ərazisi dəyişmədən sadəcə məkan olaraq həkimlər köçürülüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə