Prezident :"Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır"






Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır.

"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Dövlət başçısı deyib ki, bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur: "Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir".