"Prezident daim Azərbaycanın prinsipial mövqeyini ortaya qoyur" - AÇIQLAMA
13:14 21.09.2018
Arxiv
820
Azərbaycan öz suverenliyi uğrunda mübarizə aparır və ölkə Prezidenti İlham Əliyev daim Azərbaycanın prinsipial mövqeyini ortaya qoyur”.
Bu sözləri "Sherg.az"a ölkə başçısı İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nitqini şərh edərkən politoloq Tofiq Abbasov deyib.
"Ölkə başçısının Dağlıq Qarabağla bağlı mövqeyində heç vaxt qaranlıq məqamlar olmur. Azərbaycanın bu münaqişənin həllinə yanaşması birmənalıdır. Ermənistanda isə bizdəki sabitlik və əminamanlıq yoxdur.
Daxili vəziyyət, siyasi mühit dəyişir, xaos dərinləşir, partiyalar, qruplar arasındakı çəkişmələr səngimir. Bu səbəbdən də münaqişənin həlli ilə bağlı danışıqlar masasında birmənalı mövqe sərgiləyə bilmirlər. Azərbaycan isə danışıqlara hazırdır və şərtimiz də ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır” –deyə politoloq əlavə edib.
T.Abbasovun sözlərinə görə, normal ölkələr konstitusiya və qanunverici aktlarla idarə olunur, onların prosesləri şəffaf formada təmin olunur:
"Ancaq biz Ermənistanda bunun əksini görürük. Hakimiyyətdə təmsil olunan şəxslər məntiqli siyasət yeritmək iqtidarında deyil. Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib.Paşinyanın hakimiyyətə yeni gəldiyi zamanlar müəyyən iddialar ortaya çıxdı ki, münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlər olacaq və o balanslı siyasət yeridəcək. Biz isə bunun əksinə olaraq onun rəsmi Bakıya qarşı aqressiv çıxışlarının şahidi olduq. Paşinyan Qarabağ məsələsi ilə bağlı hansısa dəyişiklik etmək niyyətində deyil. O Paşinyan Sərkisyanın şablonları ilə işləyən bir siyasətçidir. Onun əsas qayəsi sadəcə öz elektoratını genişləndirməkdən ibarətdir”.
Politoloq deyib ki, prezidentin parlamentdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirlər, münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də erməni xalqına da ciddi mesajlarla dolu idi. Ölkəmizin beynəlxalq hüuquqa və tarixi ədalətə söykənən mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul olunur və dəstəklənir:
"Yeri gəlmişkən, bu gün parlamentdə baş tutan iclası Azərbaycan üçün çox böyük hadisə hesab edirəm. Azərbaycanda Parlamenti Azərbaycanın özü kimi 100 illik çox şərəfli bir yol keçib. Şərqdə ilk Demokratik Respublikanın məhz Azərbaycanda yaradılmasının özü də bir tarixi faktdır.
Qeyd edək ki, Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya