Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib - YENİLƏNİB
17:50 31.07.2019
Arxiv
568
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
"Sherg.az" xəbər verir ki, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.
Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə də dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən Prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev yol infrastrulturu ilə bağlı görülən işlərdən danışdı, büdcə daxilolmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.
İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib. Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərətrafı dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışıb, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirib, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğulayıb. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.
***
Saat 17:52
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib."Sherg.az"ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial