Prezident: “Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır”
12:24 02.11.2020
Arxiv
436
“Mən dəfələrlə demişəm, əgər Ermənistan bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşündə səsləndirib.
Dövlətimizin başçısı deyib:
“Ancaq biz bunun əksini görürük. Ermənistanın Baş naziri Rusiya prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu birincisi.
İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin əslində ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət