Prezident: “...TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir”
15:13 11.02.2021
Arxiv
378
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq.
APA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib.
“Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”, -deyə dövlətimizin başçısı vurğulayıb.
Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması münasibətilə təbriklərini çatdıran Azərbaycan Prezidenti deyib: “Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə