Prezident Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
17:59 02.09.2020
Arxiv
487
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Cuniçi Vada: Cənab Prezident, mənim Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnamə məktubunu və sələfimin məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Həmçinin icazə verin, əlahəzrət Yaponiya İmperatorunun xoş arzularını da Sizə çatdırım. O, COVID-19 infeksiyası nəticəsində ölkənizin üzləşdiyi istənilən çətinliklərə görə dərin təəssüf hissini bildirir və səmimi qəlbdən ümid edir ki, iki ölkə arasında dostluq münasibətləri gələcəkdə daha da yüksək səviyyəyə qalxacaqdır. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi görməyə çox şadam. Mənim də ən xoş arzularımı əlahəzrət İmperatora çatdırmağınızı sizdən xahiş edirəm. Mən sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, siz çox məşğul olacaqsınız, çünki Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır. Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar.
Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir. Biz, həmçinin müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və “Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir.
Beləliklə, biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik. Mən sizə ölkəmizdə vəzifənizin icrası ilə bağlı uğurlar arzulayıram.
Səfir Cuniçi Vada: Çox sağ olun, cənab Prezident. Demək olar ki, 30 il ərzində hər iki ölkə arasında qarşılıqlı anlaşma və dostluğun dərinləşməsinə görə minnətdaram. Bizi narahat edən heç bir siyasi məsələ yoxdur. Biz biznes və iqtisadi əməkdaşlıq sahəsində çoxlu layihə və proqramların icrasına nail olmuşuq. Hər iki xalqın nümayəndələri arasında mübadilə çox sürətlə artmışdır.
Biz çox şadıq. Mən əməkdaşlıq sektorlarının daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlimdən gələni edəcəyəm, Siz qeyd etdiyiniz kimi, təkcə neft və qaz sahəsində yox. Məsələn, vurğulamaq istərdim ki, informasiya texnologiyaları cəmiyyətin transformasiyasıdır və ya ekologiya, iqlim dəyişikliyinə aid müxtəlif məsələlər, əlbəttə ki, kənd təsərrüfatı, turizm və bir çox digər sahələr. Beləliklə, mən əlimdən gələni edəcəyəm.
***
16:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol