Putin Ermənistanı münaqişənin həllinə məcbur edə bilər
08:07 21.09.2018
Arxiv
820
"Ermənistanın baş naziri kəskin ritorikanı davam etdirsə, Azərbaycanın hərbi əməliyyatlara başlama ehtimalı böyükdür"
"İşğaldakı rayonların beşi dərhal Azərbaycana qaytarılmalıdır”. Bunu "Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, reallıq kiminsə xoşuna gəlməyə bilər. Lakin vəziyyət bunu tələb edir: "Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır. Ermənilər bu əraziləri "təhlükəsizlik zonası” adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz.
Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”. Analitiklər rusiyalı ekspertin fikirlərini müxtəlif cür şərh ediblər. Onların fikrincə, deyilənlər hamının istəyi olsa da, indiki məqamda Ermənistanın bunu edəcəyi inandırıcı görünmür.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Rusiyada hansısa ekspert "Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır” deyirsə, bundan Rusiya hakimiyyətinin də belə düşündüyü nəticəsinə gəlmək düzgün deyil:
"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hər gəlişini "münaqişənin həllində sona yaxınlaşıldı” kimi başlıqlarla bəzəmək ictimaiyyəti yanlış ümidləndirmək deməkdir. Biz belə olmasını istəyiriksə, bu heç də o demək deyil ki, Rusiya da belə istəyir. Putin hakimiyyətə gəldiyi gündən bu yana Rusiyanın Qarabağla bağlı son qərar verəcəyi ilə bağlı ümid dolu xeyli başlıq oxumuşam, lakin heç biri də reallaşmayıb”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, hazırda Rusiya ilə siyasi-iqtisadi və hərbi texniki əlaqələr yüksək səviyyədədir. Rusiya rəhbərliyi də Bakı ilə bu danışıqlarda maraqlı görünür: "Çünki Ermənistan baş nazirinin Minsk Qrupu formatındakı "Madrid prinsipləri"ni qəbul etməməsi Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Həmçinin, Paşinyanın Moskvanın əleyhinə siyasi qərarları Putini qəzəbləndirən amillərdən biridir. Rusiya dövlət başçısı Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır və çalışır ki, Bakı ilə uzlaşma siyasətinə getsin. Bəli, Putini Bakıda səmərəli danışıqlar gözləyir. Əgər Putin Bakı ilə konfliktin həllində ortaq məxrəcə gələrsə, İrəvanı bu qərara məcbur edə bilər. Ermənistanın baş naziri Moskvanın şərtlərini qəbul etməsə, Azərbaycana qarşı kəskin ritorikanı davam etdirsə, Azərbaycanın hərbi əməliyyatlara başlama ehtimalı böyükdür. Putinin region səfərindən sonra biz Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən proseslərin şahidi olacağıq”.
Politoloq əlavə edib ki, erməni baş nazirin Azərbaycana qarşı sərt çıxışları onun acizliyi və geosiyasəti düzgün qiymətləndirməməsindən irəli gəlir:
"Ermənistan rəhbərliyinin Qarabağ separatçılarını tərəf kimi danışıqlara cəlb etmək kimi planları, Qarabağın Ermənistana birləşdirilməsi kimi cəfəng bəyanatları, danışıqlardan çəkilmək cəhdləri cəbhədə ağır hərbi eskalasiyanı yaxınlaşdırır. Bir məsələni qeyd edim ki, Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Qarabağı da müzakirə edib. Rusiya və Türkiyə arasındakı sıxlaşan ikitərəfli münasibətlərdə də, Putinin Azərbaycan siyasətində müsbət tendensiya müşahidə edilir. Ankara-Moskva-Bakı birgə formada regionda ciddi geosiyasi şərtləri müsbətə doğru dəyişə bilərlər. Top Putindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm