Putin Kremldə futbol oynadı

Rusiya lideri Vladimir Putin, 2017-ci il iyunun 17-dən iyulun 2-ə qədər Rusiyada keçiriləcək FİFA Konfederasiya Kuboku  üçün ölkəyə gələn FIFA prezidenti Gianni Infantino ilə görüşüb.
Kreml sarayındakı görüşdə Infantino Putinə Konfederasiyalar Kubokunda istifadə ediləcək "Krasava" adlı topu hədiyyə edib. Topu verərkən  "Bu top ilk dəfə sizdə olacaq. Rusiya millisi ilə məşqə başlaya bilərsiniz" deyib.
Putin  isə  ilk məşqini  otağında edib. Kremlin sarayında top oynayan Putinin şəkilləri rus media orqanı olan "Sputnik" də yayılıb.