Qadın sürücü süpürgəçini öldürdü - AĞIR QƏZA




Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az-ın məlumatına görə, "Koroğlu” metro stansiyasının yaxınlığında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo" markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.