Qalır, nəqliyyat problemi
Məlahət Rzayeva
09:21 02.09.2020
Arxiv
767
Sentyabrın 15-dən məktəblərin açılması nə qədər sevindirici xəbərdirsə, şagirdlərin dərsə necə gedib-gələcəyi bir o qədər düşündürücüdür. Məlumdur ki, Bakı Metropoliteni aylardır fəaliyyətini dayandırıb. Metronun ictimai nəqliyyatın ən mühüm seqmenti olduğu sirr deyil. İctimai nəqliyyatın əsas ağırlığı metronun üzərindədir. Metro bağlı qalacağı halda məktəblilər üçün gərgin vəziyyət yaranacağı şəksizdir. Başqa variantlar təklif olunur. Məsələn, məktəb servisi kimi. Amma hamımız bilirik ki, bu servis bütün məktəblər və bütün valideynlər üçün əlçatan deyil.
Paytaxt məktəblərinin böyük əksəriyyətinin bu servisdən istifadə etmək imkanı yoxdur. Yalnız özəl məktəblər, liseylərdə məktəb servisi şagirdlərə xidmət göstərir. Bu sistem paytaxtda oturuşmuş vəziyyətdə deyil hələ. Amma "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov əhalini ümidləndirən açıqlama verib.
Onun sözlərinə görə, Operativ Qərargahın qəbul etdiyi qərara görə, Bakı metropoliteninin stansiyaları fəaliyyətini sentyabrın 15-dək dayandırıb:
"Stansiyaların sərnişin qəbul edəcəyi gün Qərargahın qərarından asılıdır. Stansiyalar sentyabrın 15-i də açıla bilər, hətta həmin vaxtdan əvvəl də. Bu isə ölkədəki epidemioloji vəziyyətdən asılıdır. Əgər vəziyyət tam normallaşarsa, stansiyalar sentyabrın 15-dən əvvəl də açıla bilər. Hələ ki, bu barədə bizə heç bir göstəriş verilməyib. Amma buna baxmayaraq metro stansiyaları fəaliyyətini bərpa etməyə hazırlıqlı vəziyyətdədir".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb.
Bu isə metronun da sentyabrın 15-i açılacağına ümid etməyə əsas verir. Belədə müəllimlər də, məktəblilər də dərsə vaxtında yetişə biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya