Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ





Böyüt AA+A-
qar yagacaq yollar buz baglayacaq xeberdarliq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən APA-ya bildirilib ki, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.