Qarabağ atları ilə bağlı beynəlxalq aləmə VİDEO MÜRACİƏT
12:43 13.07.2019
Arxiv
1122
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb."Sherg.az"ın xəbərinə görə, ingilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə bildirilir ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.
Qarabağ atları barədə qədim yunan tarixçisi Herodotun məşhur “Tarix” əsərində, Kitabi-Dədə Qorqud dastanında, rus rəssamı Vasili Vereşşaqinin qeydlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı video çarxda bu atların keçmişindən də bəhs olunur.
“Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burda həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki, "Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi”, - məlumatda qeyd olunub.
Video çarxda daha sonra vaxtı ilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur: “XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdilər. 1866-cı, 1869-cu, 1872-ci illərdə Moskvada, 1867-ci ildə isə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüblər. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kraliça II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib”.
Video çarxda Qarabağ atlarının xüsusiyyətləri haqda da məlumat verilir. Qeyd edilir ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mil şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar: “Bu atlar heç vaxtı döyüş meydanında yaralı sahibini atıb getməyib. Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlər boyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da öz spesifikliyini qoruyub saxlayıb”.Video çarxın müraciət bölümündə isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir: “Təəssüflər olsun ki, min illər boyu Qafqazın Şərq ətəyində yetişdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə, nə də onun səfalı təbiətində gəzə bilirlər. Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya