
Qarabağa köçən rusiyalı milyoner: “Rusiya məni Azərbaycana verməyəcək"
07:35 19.03.2017
Arxiv
610
“Çünki burada hakimiyyətdə Putindir, Lukaşenko deyil"

2015-ci ildə qəfildən Moskva ətrafındakı fermasını atıb ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köç edən, (yaxud göndərilən) lakin daha sonra Bakının onun barəsində cinayət işi açmasından sonra Rusiyaya geri qayıdan ekstravaqant milyoner German Sterliqov yenə üzə çıxıb.
Virtualaz.org xəbər verir ki, Sterliqov bu gün özünün Facebook səhifəsində yazıb:
"Bu gün mənə xəbər verdilər ki, Azərbaycanın Baş prokuroru yenidən Rusiya hakimiyyətindən barəmdə cinayət işi qaldırılmasını və tutulub Bakıya təhvil verilməyimi tələb edir. Bütün bunlar ona görədir ki, mən yüksəkdən və arqumentləşdirilmiş şəkildə Qarabağın erməni torpağı olduğunu demişəm. Və mənim müsahibəmə dünyanın hər yerindən milyonlarla adam baxıb. Ona görə də belə görünür ki, məni ələ keçirib hamının gözü qarşısında xırda hissələrə doğramaq istəyirlər”.
Sterliqov daha sonra yazır ki, Azərbaycan hakimiyyəti əmin ola bilər: Rusiya onu verməyəcək. "Çünki burada hakimiyyətdə Putindir, Lukaşenko deyil. Və Rusiya hansısa banan ölkəsi yox, yaxın gələcəyin monarxiyasıdır”.
German Sterliqov 2015-ci ildə qəfildən Dağlıq Qarabağa köçəndə bunu özü Azərbaycanın işğal altındakı ərazilərində "ekoloji təmiz məhsullar” istehsal etmək və onları Rusiyaya ixrac etmək, "kəndli təsərrüfatının inkişafı ilə məşğul olmaq” planları ilə izah etmişdi. Lakin Rusiya mətbuatı yazmışdı ki, ola bilsin Sterliqov BORN millətçi təşkilatının qətldə ittiham olunan üzvlərinin işində adının keçməsi səbəbindən Qarabağa qaçıb. Bir çoxları isə Sterliqovun ümumiyyətlə Rusiya xüsusi xidmət orqanları tərəfindən hansısa siyasi məqsədlərlə Qarabağa "ezam edildiyini” təxmin etmişdi.
Sterliqov Qarabağa qəfil gəldiyi kimi qəfil də getdi. Azərbaycan Baş prokurorluğu onun barəsində cinayət işi açdı və müstəntiqlər qalmaqallı biznesmeni dindirmək üçün Moskvaya ezam olundular. Lakin Rusiya Sterliqovun barəsində cinayət işi qaldırıb onu həbs etmədi və məsələ sanki unuduldu. İndi isə qalmaqallı biznesmen yenidən səhnəyə çıxıb və Qarabağın "erməni torpağı” olması haqda danışmağa başlayıb. Və Zakir Qaralov da yenidən onu yada salıb...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial