Qaradağda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməli qoyuldu




Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident kompleksin təməlini qoyub.

Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.