Qarayaradan ilk ölüm: bu xəstəlik nədir və necə yaranır?
10:09 01.08.2019
Arxiv
566
Dünən xəbər verdiyimiz kimi, Sabirabaddakı 2 nəfərin qarayara xəstəliyi diaqnozu ilə paytaxta gətirilərək, Kliniki Tibbi Mərkəzə yerləşdirilməsindən sonra xəstələrdən biri - 60 yaşlı kişi dünyasını dəyişib.
Həmçinin həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hal-hazırda ikinci xəstənin müalicəsi davam edir.
Bundan başqa, sözügedən xəstəliyə 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfər tutulub. Ötən illərdən fərqli olaraq bu il ilk dəfə qarayara xəstəliyindən ölüm halı qeydə alınıb.
Bəs, qarayara xəstəliyi nədir, insanlara necə keçir?
Bununla bağlı Dövlət Baytarlıq Xidmətindən Lent.az -a bildirilib ki, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının, vəhşi heyvanların iti gedişli yoluxucu xəstəliyidir:
“Xəstəlik septisemiya, müxtəlif böyüklükdə karbunkulların əmələ gəlməsi və ağır intoksikasiya ilə səciyyələnir. Törədicinin mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Bu xəstəliyə yoluxma həssaslığı azalan göstəricilərlə qoyun və marallar, atlar, qaramal, dəvə və keçilər, donuz it və pişiklərdir. Quşlardan isə dəvəquşu bu xəstəliyə yoluxur. Yoluxma mənbəyi çox hallarda törədici ilə kontaminasiya olunmuş torpaqdır. Epizootiya zamanı xəstəlik əsas etibarilə transmissiv yolla yayılır. Xəstəliyin şiddətlənməsi çox vaxt otlaq mövsümünün ikinci yarısında baş verir”.
Məlumatda qeyd edilib ki, xəstəliyə diaqnoz qoyulduqda təcili olaraq karantin elan edilir və bir çox tədbirlər həyata keçirilir:
“Stasionar qeyri-sağlam mərkəzlərdə (onlara torpaq ocaqları deyirlər) profilaktika məqsədilə vaksinasiya aparılır. Qarayaradan ölmüş heyvanların basdırıldığı torpaq və ya heyvanların yoluxmasına səbəb olan ərazi torpaq ocağı adlandırılır. Risk dərəcəsindən, qeyri-sağlam ocaqların sayından və xəstələrin sayından asılı olaraq ildə bir və ya iki dəfə vaksinasiya aparılır. Bir dəfə vaksinasiya payızda, iki dəfəlik vaksinasiya isə yazda və payızda tətbiq edilməlidir. Qoyunlar, keçilər, atlar və dəvələr ildə bir dəfə peyvənd edilirlər. Epizootik yüksəlmə zamanı xəstəlik əlamətlərindən asılı olmayaraq sürüdəki bütün heyvanlar vaksinasiya edilməlidir. Hazırda isə 55 saylı ştammdan hazırlanmış vaksindən istifadə olunur”.
Əlavə edək ki, Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olduqdan dərhal sonra agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub.
Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb. Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüfat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilib, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunub və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmayıb. Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib.
Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilib. Aparılan araşdırmaların hazırkı mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmayıb. Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial