“Qazaxın Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndlərində törədilən faciələr də ...”





Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı müzakirələrdə deputat Fəzail Ağamalı təklif verib. 

Sherg.az xəbər verir ki, millət vəkili Xocalı soyqrımı ilə bağlı qərar layihəsinə Kəlbəcərin Ağdaban kəndində törədilmiş faciənin də salınmasını istəyib: 

"Xocalı faciəsindən az sonra törədilmiş Ağdaban façiəsi öz dəhşətlərinə və miqyasına görə, sözügedən soyqırımından geri qlımır. Ağdabanda da ermənilər tərəfindən törədilən faciə Xocalı soyqırımı qədər dəhşətli faciədir. Ona görə də təklif edirəm ki, qərar layihəsinə Ağdaban faiəsi də salınsın. 

Bundan başqa, Qazaxın Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndlərində törədilən facilər də qərar layihəsinə əlavə edilsin. Bu kəndlərdə elə dəhşətlər yaşanıb ki. Mülki vətəndaşlar Bağanıs Ayrım kəndində ermənilər tərəfindən diri-diri yandırılıblar”.

Anar