Qiyməti 10 min dollar: Yalnız 34 nəfər bilet alıb yola çıxdı

Lüks səfərləri seçən yaponlar üçün hazırlanan, rahatlığın ən üst səviyyədə olduğu qatarı görüncə heyrətlər içində qalacaqsınız...
Yaponyanın yeni ultra lüks qatarı "Shiki-Shima", 10.000 dollar bilet qiymətlərinə baxmayaraq 2018-ə qədər bütün biletləri satılıb. "Shiki-Shima", ilk səfərini 1 mayda Tokiodan şimaldakı Hokkaido adasına edib. Bilet qiymətləri 4400 dollardan başlayır, ən luks yerin qiyməti 9300 dollardır. Qatar cəmdə 10 vaqondan ibarətdir. Şərqi Yaponiya dəmiryolları tərəfindən işlədilən qatar, hər gəzintisində yalnız 34 sərnişin ala bilər ki, bu rəqəm də qatarınnə qədər xüsusi olduğunu göstərir. "Shiki-Shima", keçmiş Porsche və General Motorsun dizaynçısı Ken Kiyoyuyki tərəfindən hazırlanıb. Biletlər 2018-ci ilə qədər tükənmiş vəziyyətdədir. İstifadə etməyi düşünənlər indidən uzun bir müddət gözləmək məcburiyyətindədir.