QNET piramida sxemasıdırmı? - Gəlin araşdıraq - Video




QNET haqqında qohumunuzdan, uzaq bir əmiuşağından, bir müddət görüşmədiyiniz dostunuzdan, qonşularınızdan və ya sevgilinizdən eşitmiş ola bilərsiniz. Ola bilsin ki, internetdə bir az araşdırma apardınız və QNET haqqında çox müxtəlif hekayələr tapdınız. QNET həqiqidirmi? QNET bir piramida sxemi və ya həyatını dəyişdirmək üçün real bir fürsət təklif edən qanuni birbaşa satış şirkətidirmi?

Gəlin araşdıraq.

Bizim icraçı direktor Trevor Kuna insanların birbaşa satış sənayesini məlumat çatışmazlığı üzündən anlamadığına görə QNET-in piramida sxeminə aid olması barədə ittihamları puça çıxartdı. Birbaşa satış marketinqi sadəcə olaraq mal istehsal edən şirkətlər üçün pərakəndə mağazalarına sahib olmadan və belə mağazaları işlətmədən məhsullarını yaymaq üçün bir yoldur. Müstəqil nümayəndələr (MN) məhsullar sifariş edir, daha sonra satışlar edir, qazanc əldə edirlər və özləri özlərinin müdiri olurlar.

VİDEO

QNET-in icraçı direktoru Trevor Kuna deyir ki:

"Hər şeydən əvvəl , QNET-in piramida sxemi olması ilə bağlı irəli sürülən ittihamlar barədə tam olaraq məlumatlıyam.

Bu barədə onu deməliyəm ki, insanların bu industriyanın nə olduğunu düzgün başa düşməsi lazımdır.

Bilirsinizmi, bu, QNET-in xüsusiyyəti deyil. Belə ittihamlar əksər birbaşa satış şirkətlərinə edilmişdir.

Bu da bu sənayenin düzgün başa düşülməməsindən irəli gəlir.

Buna görə biz cəmiyyəti, dövlət strukturlarını QNET-in kim olduğu, nə üçün mövcud olduğu

və hansı sənayenin bir hissəsi olduğu barədə maarifləndirmə işlərini aparmağı öz üzərimizə götürmüşük.

Bu qanuni bir sənayedir. Əslində, bu qismən və ya tam vaxt sərf edərək bir iş adamı olmaq və uğur əldə etmək istəyənlər üçün ən əlverişli sənayedir.

Bu sənayenin gözəlliyi də bundadır.

Və bizim işimiz də budur ki, belə ittihamlara üz tutub onları dərhal təkzib edək.

Onlara bizim maliyyə piramidası deyil, möhtəşəm məhsullar və xidmətlər təklif edən qanuni biznes imkanı olduğumuzuizah etməkdir.”

Qanuni birbaşa satış şirkətlərini qeyri-qanuni piramida sxemlərindən fərqləndirmək düşündüyünüz qədər çətin deyil. Onları bir-birindən fərqləndirən bir çox cəhətlər var. Bu məqalə qanuni birbaşa satış fürsətini piramida sxemindən necə fərqləndirə biləcəyinizdən danışır.

QNET haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə QNET, birbaşa satış sənayesi haqqında və QNET ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

2018-ci ilin sentyabrında 20 illiyini qeyd edəcək industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Bu yaxınlarda "Mançestr Siti” (Manchester City Football Club) futbol klubu ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz www.qnet.net.