"Qoca"nın arvadı məhkəmədə danışdı: “Fədayə Laçından qəlbən incimişəm”
13:24 29.08.2018
Arxiv
673
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə F. Laçının bacısı Telli Ağayeva ifadə verərək deyib ki, bu hadisədən sonra işdən çıxarılıb:
"Fədayə məndən açar istədi, dedi bir tanışı qəfəs açacaq, mən də iş yoldaşım Ədalət Zeynalovdan istədim, o tapdı. Bacıma xəbər verdim, onun tanışı gəlib Ədalətdən götürmüşdü. Həmin açar bizə xüsusi imza ataraq verilmirdi, açıq satışda 3-5 manata satılır".
"Mənim bu iş haqda xəbərim olmayıb. "Qoca"nın mənim üçün aldığı qızılları satmışdım, arada pul istəyəndə göndərirdim. Mənə zəng edib dedi məhkəməyə gedəcək, filan qədər iş veriləcək, pul istədi. Sonra Tərlan zəng etdi, pulu ona çatdırdım.
Fədayə xanım da Etibarın həbsdən çıxmasını qeyd etdiyimiz məclisdə iştirak edib. Mən də onu xalqın müğənnisi kimi tanıyıb, qonağım kimi qəbul etmişəm. Fədayə xanımla düşmənçiliyim yoxdur, amma ondan qəlbən incimişəm. Başqa heç nə. Etibarın ciyəri xəstə idi, türmədə yatmaqdan olmuşdu, ağzından tez-tez qan gəlirdi. Ona dərman lazım olurdu, mən də pul göndərirdim".
Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm