Qorxunc: 8 aylıq körpə narkotika komasına girdi





Bursada 8 aylıq  körpənin evdə tapdığı bonzai maddəsini udaraq komaya girdiyi xəbər verildi. Reanimasiyada müalicəsi davam edən körpənin həyat mübarizəsi verdiyi öyrənildi.
İddiaya görə, anası 8 aylıq körpəni səhər saatlarında  huşsuz halda görür və yaxınları tərəfindən xüsusi xəstəxanaya çatdırılır.  Narkotika komasına girdiyi müəyyən  olunan körpə, təcili yardımla Şövkət Yılmaz Dövlət xəstəxanasına aparılıb.

Talehsiz körpənin müalicəsi burada davam etdirilir. Ailəsi isə ifadələri alınmaq üçün  polis mərkəzinə aparılıb. Ehtimal edilir ki,  narkotik maddəni körpənin 10 yaşlı bacısı çöldən tapıb evə gətirib.T alehsiz Körpədə otaqda tək olduğu zaman  əlinə keçirdiyi bonzai maddəsini ağızına atıb, udub.