Radiolar rəqəmli yayıma keçir: "Çətinliklər yaradacaq"
08:46 04.03.2019
Arxiv
515
"2019-cu ilin sonu və ya 2020-ci ilin əvvəlində Bakı və Abşeron yarımadasında rəqəmli radio yayımının tətbiqi gözlənilir”.
Bu barədə Lent.az-a Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
Onun sözlərinə görə, rəqəmli radio yayımına keçilməsi əhali üçün əlavə problemlərə yol açacağından Azərbaycanda analoq radio yayımı bir müddət dayandırılmayacaq.
Şöbə rəisi bildirib ki, dünyada yalnız Norveçdə analoq radio yayımı tamamilə söndürülüb və hazırda bu ölkədə radio yayımı yalnız rəqəmli formada aparılır: "Bu hal əhalinin böyük narazılığına səbəb olub. Elə bu səbəbdən də Pribaltika ölkələri rəqəmli radio yayımının tətbiqini dayandırıblar.
Məlumdur ki, yayım sistemlərinin inkişafı həmişə qəbuledicilər tərəfindən məhdudlaşdırılır. Azərbaycanda də bu yayımın tətbiqi əhali üçün müəyyən maddi məsrəflərə səbəb olacaq. Xüsusilə, avtomobillərdə sürücülərin hazırda istifadə etdikləri radioların yenisi ilə əvəz olunması müəyyən çətinliklər yaradacaq. Ona görə də biz MTRŞ olaraq radio yayımının tamamilə rəqəmliyə keçirilməsinə tələsmirik. Rəqəmli radio yayımı tətbiq ediləndən bir müddət sonra da paralel olaraq analoq radio yayımının davam etdirilməsi məqsədəuyğun hesab olunmalıdır.
Eyni zamanda qeyd olunmalıdır ki, yeni elmi və texniki nailiyyətlərin qarşısı alına bilməz. Rəqəmli radio yayımının üstünlükləri bəllidir və o öz tətbiqini hökmən tapacaq”.
İ.Məmmədov onu da qeyd edib ki, rəqəmli radioyayım vericiləri rəqəmli televizya ötürücülərindən daha ucuzdur və bu cəhətdən Azərbaycanda rəqəmli radioyayımın verici şəbəkəsinin qurulması böyük çətinliklər yaratmayacaq. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio” İstehsalat Birliyi ilk addım kimi Bakı şəhəri və Abşeron yarımadası ərazisində rəqəmli radio yayımının tətbiq olunmasını vacib hesab edir. Şöbə rəisi rəqəmli radio yayımının bu ilin sonu və ya 2020-ci ilin əvvəlində baş tuta biləcəyini də əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz