"Reina" qatili rus dilində ifadə verir: "İranda saxta pasporta görə tutuldum"




"Reina" qatili Abdulqadir Maşaripovun Terrorla Mübarizə Şöbə Müdirliyində (TEM) nəzarət əməliyyatları təxminən 45 saatdır davam edir. Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Terrorla Mübarizə və Kəşfiyyat mütəxəssisləri tərəfindən risk analizi edilərək ifadə əvvəli ön görüşmə edilir. Verdiyi cavabların doğruluğu tək-tək araşdırılır.


TÜRK DİLİNDƏ AZ BİLİR, SUALARA RUS DİLİNDƏ CAVAB VERİR

Əbu Məhəmməd Əl Xorasanı kod adlı Abdulqadir Maşaripova danışmağa başladığı zaman risk analiz mütəxəssisi qrup tərəfindən əvvəl türk dilində suallar yönəldildi. Bunlara "türkcəni az bilirəm" deyərək cavab verməsi ilə ona ingilis dilində suallar verilib. Bunlara da cavab verməyincə eyni suallar rus dilində soruşulmağa başlandığı zaman axıcı şəkildə cavablar verməyə başladığı öyrənildi.

"NİYƏ "Reina"ya HÜCUM ETDİN?"

Mütəxəssislərin soruşduğu ilk sual: "Niyə "Reiana"ya hücum etdin?" Maşaripov bu sual qarşısında, "Onlar kafir olduğu üçün oraya hücum etdim" dediyi iddia edildi.

"NƏ ÜÇÜN QAPIDA KI POLİSİ ÖLDÜRDÜN?"

İkinci belə olub: "Nə üçün qapıdakı polisi öldürdün?'.  Maşaripov bu suala isə, "Əvvəlcə polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim" deyib.

Maşaripov suallara verdiyi cavablarda 2015-ci ildə İranda saxta pasport səbəbiylə həbs olunduğunu söyləyib və təxminən 1 ay məhbus qaldığını bildirib.