"Reina" terrorçusunu arvadı ələ verib

İŞİD 39 günahsız cana 3 qadın mükafat veribmiş
"Reina"da yeni il gecəsi 39 nəfəri qətlə yetirib qaçan İŞİD terrorçu Maşaripovun Esenyurtda tutulmasında həyat yoldaşı F.A.ın əhəmiyyətli rol oynadığı ortaya çıxıb.
Sherg.az "Milliyət"ə istinadən xəbər verir ki, Abdülkadir Maşaripov, Ortaköydəki məşhur gecə klubu "Reina"ya hücumdan sonra dərhal Zeytinburnuna, oradan da Başakşehirdə həyat yoldaşı və 2 uşağıyla yaşadığı evə gedib. Təşkilat, 6 yanvarda həm Maşaripovu, həm də ailəsini fərqli evlərə köçürməyi qərarı alıb. Maşaripov, saxlanacağı evə gedərkən 4 yaşındakı oğulunu da yanına götürüb.
HÜCRƏ EVİNDƏ EŞQ
Ana F. A. oğulundan ayrılmaq istəməyib. Amma terrorçu həyat yoldaşını dinləməyib. F. A. 2 yaşlı qızıyla Pendikdəki başqa bir hücrə evinə aparılıb. Pendikdəki evdə F. A. terrorçulardan bunu eşidib: Maşaripov, İŞİD-li qadın terrorçu seneqallı Dinaya ilə imam nikahına girmişdi. Esenyurtdakı hücrə evində yaşayırdılar.
TƏCAVÜZKAR QIRĞINDAN ƏVVƏL BUNU İZLƏDİ
F. A. ərinə həm oğulunu apardığı, həm də Dina ilə onu aldatdığı üçün çox əsəbləşmişdi. Tam bu zaman 11 yanvarda polis Pendikdəki hücrə evini basıb, F.A.ı tutub. F. A. ərinin Esenyurtda bir hücrə evində Dina ilə qaldığını öyrənmişdi. Ancaq evin ünvanını bilmirdi. Polisə bunu söylədi.
QUBERNATOR DA SÖYLƏMİŞDİ
Aldadıldığı üçün çox hirslənən F.A.ın polisə verdiyi məlumatlar terrorçunun tutulmasına yardım edib. Necə ki, İstanbul Qubernatoru Vasip Şahin də belə deyir: "Həyat yoldaşından əldə edilən əhəmiyyətli məlumatlar, ərinə kömək edənlərdən alınan məlumatlar əməliyyatın genişləndirilməsində mühüm rol oynayıb." 
39 günahsız cana 3 qadın mükafat
Hücrə evində iraqlı xadim ilə Seneqal vətəndaşı Dina A. (27), Somalili Ayşa M. (27) və misirli Tene  Trare (26) da nəzarətə alınıb. İŞİD-ə qatılmaq üçün Türkiyəyə gələn qadınların, Maşaripova mükafat olaraq göndərdiyi məlum olub. Maşaripovun 3 qadın arasından Dina A.ı seçdiyi və dini nikah bağladığı öyrənilib. "Reina" qətliamında evindən çıxan qeyddə "Səni sevirəm Dina" ifadəsi diqqət çəkmişdi.
Turan